“Kiçik Akademiya”nın növbəti məşğələsi keçirilib
AMEA və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan istedadlı şagirdlərdən ibarət “Kiçik Akademiya”nın fəaliyyətinin nəticələrinə həsr olunan növbəti tədbir keçirilib.
“Kiçik Akademiya” üzvlərinin maraqlı məruzələri, təqdimatları, hazırladıqları müxtəlif qurğular hər kəsin marağına səbəb olub.
Bu layihənin əsas məqsədi bu günün istedadlı şagirdini sabahın yaradıcı aliminə çevirməkdir.