“Kiçik Akademiya”nın növbəti təqdimatı keçirilib

May ayının 31-də "Kiçik Akademiya"nın növbəti təqdimatı keçirilib. Canbulat Tasoyev "Radiasiya və onun zərərləri, həmin radiasiyadan necə qorunmaq olar" başlığı altında məruzə hazırlayıb. Məruzə həm digər şagirdlər, həm də müəllimlər tərəfindən maraqla qarşılanıb. Gündəlik istifadəyə əsaslanan mobil telefonlar, komputerlər və s. qurğulardan istifadə bu radiasiyanın yayılmasında əsas faktordur. Bu ziyandan necə qorunmaq olar? Bu zəmində müxtəlif cavablar dinlənilib. Daha sonra 7c sinif şagirdi Fəridin hazırladığı qurğular böyük maraq doğurub. Həvəslə müxtəlif hərəkətli qurğular hazırlayan Fərid mahnı sədaları altında hərəkət edən kəpənək, tullana bilən qurbağa, bacısı Firuzə isə külə dəyirmanı ilə kiçik bir evi işıqlandırmağa çalışıb. Sonda "Kiçik Akademiya"nın prezidenti və vitse- prezidentləri, müəllimlər şagirdlərə uğurlar diləyib, daha da müxtəlif qurğuları hazırlamağı tapşırıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi