Yanardağ və Atəşgah ekskursiyası

Məktəb-liseyin 3A sinif şagirdləri müəllimləri Solmaz Məhərrəmovanın rəhbərliyi ilə maraqlı və maarifləndirici ekskursiyada iştirak ediblər. Ekskursiyanın məqsədi şagirdlərin Azərbaycanın tarixi-mədəni irsi ilə yaxından tanış olmaları, onların dünyagörüşlərinin genişləndirilməsi olub. İlk olaraq şagirdlər əfsanəvi Yanardağı ziyarət ediblər. Onlar daima yanan təbii qaz alovunu maraqla izləyib, bu təbii möcüzə haqqında ətraflı məlumat alıblar. Daha sonra ekskursiya Atəşgah məbədində davam edib. Burada şagirdlər qədim atəşpərəstlik inancı, məbədin tarixi və orada aparılan arxeoloji araşdırmalar haqqında məlumatlandırılıblar. Ekskursiya uşaqlarda böyük maraq doğurub və onların yaddaşında unudulmaz bir gün kimi qalıb. Belə səfərlər şagirdlərin vətənpərvərlik hisslərinin formalaşmasında və mədəni irsimizi daha dərindən öyrənmələrində mühüm rol oynayır.