Böyük Summativ Qiymətləndirmələrə başlanılıb

2024–2025-ci tədris ilinin sonuna yaxınlaşdığımız bu günlərdə məktəbdə Böyük Summativ Qiymətləndirmələrə (BSQ) başlanılıb. Qiymətləndirmələr şagirdlərin fənlər üzrə illik bilik və bacarıqlarının yoxlanılması məqsədilə həyata keçirilir. BSQ-lər təhsil proqramına uyğun olaraq müxtəlif fənlər üzrə təşkil olunur və şagirdlərin tədris ili ərzində qazandıqları biliklərin ümumiləşdirilməsinə imkan yaradır. Qiymətləndirmə prosesi müəyyən edilmiş cədvəl əsasında mərhələli şəkildə aparılır və hər bir şagirdin fərdi nəticələri nəzərə alınmaqla qiymətləndirilir. Məktəb rəhbərliyi və müəllim kollektivi qiymətləndirmələrin şəffaf və obyektiv keçirilməsini təmin etmək üçün bütün zəruri tədbirləri görür.