Böyük Summativ Qiymətləndirmələrə start verilib

       Məktəb-liseydə BSQ-lər Microsoft Teams platforması üzərindən keçirilir. Müasir təhsil texnologiyalarının imkanlarından səmərəli istifadə edən məktəb-liseydə Böyük Summativ Qiymətləndirmələr (BSQ) artıq rəqəmsal formada – Microsoft Teams platforması vasitəsilə həyata keçirilir. Bu yanaşma şagirdlərin rəqəmsal bacarıqlarını inkişaf etdirməklə yanaşı, qiymətləndirmə prosesinin daha çevik, şəffaf və effektiv olmasına şərait yaradır. Eyni zamanda, müəllimlər üçün nəticələrin analizi və təhlili daha rahat və sistemli şəkildə aparılır. Rəqəmsallaşma istiqamətində atılan bu addım məktəb-liseydə tədris prosesinin müasir tələblərə uyğunlaşdırılmasına və innovativ təhsil mühitinin formalaşdırılmasına xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi