Beynəlxalq Uşaqlar Günü münasibətilə rəngarəng tədbir təşkil olunub

Məktəb-liseyin 1-ci sinif şagirdlərinin iştirakı ilə Beynəlxalq Uşaqlar Günü münasibətilə rəngarəng tədbir təşkil olunub. Tədbirin məqsədi uşaqların bu əlamətdar gününü bayram əhval-ruhiyyəsində keçirmələrini təmin etmək və onların yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq olub. Tədbirdə şagirdlər şeirlər söyləyib, mahnılar oxuyub, rəqslər nümayiş etdiriblər. Eyni zamanda, müxtəlif oyunlar, viktorinalar və əyləncəli proqramlarla zənginləşdirilən bayram tədbiri uşaqların böyük marağına səbəb olub. Məktəb rəhbərliyi və müəllim kollektivi balaca şagirdləri təbrik edərək onlara xoş arzularını bildiriblər.