28 May – Müstəqillik Gününə həsr olunmuş intellektual yarış

      28 May – Müstəqillik Gününə həsr olunmuş intellektual yarış Qaradağ Rayon Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə baş tutub. “Nə? Harada? Nə zaman?” formatında keçirilən oyun gənclər arasında bilik və məntiq yarışının ruhunu yaşadıb. Yarışda müxtəlif məktəb komandaları iştirak edib. Gərgin və maraqlı keçən mübarizənin sonunda 166 nömrəli məktəb-liseyin komandası yüksək nəticə göstərərək I yerə layiq görülüb. Qalib komandaya təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub. Bu cür tədbirlər gənclərin intellektual inkişafına və vətənpərvərlik ruhunun aşılanmasına mühüm töhfə verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi