Dəyişən və dəyişməyən xərclər mövzusunda açıq dərs keçirilib

Məktəb-liseydə ibtidai sinif müəllimi Şəkər Abbasovanın rəhbərliyi ilə 4Ç sinfində “Dəyişən və dəyişməyən xərclər” mövzusunda açıq dərs keçirilib. Dərsin məqsədi şagirdlərə gündəlik həyatda rast gəlinən maliyyə anlayışlarını – dəyişən və dəyişməyən xərcləri tanıtmaq, onları düzgün qavramaq və tətbiq etmək bacarığını formalaşdırmaq olub. Dərs prosesində interaktiv metodlardan istifadə edilib, şagirdlər mövzuya dair müzakirələrə fəal şəkildə qoşulub, qrup işləri və situasiya tapşırıqları ilə biliklərini nümayiş etdiriblər. Açıq dərs tədris məqsədlərinə uyğun şəkildə təşkil olunub və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.