"Çiçək Yağışı” kitabına həsr olunmuş tədbir keçirilib

Məktəb-liseyin kitabxanasında kitabxanaçıların təşəbbüsü və 4C sinif rəhbəri Arifə Vəliyeva ilə şagirdlərinin iştirakı ilə Rafiq Yusifoğlunun “Çiçək Yağışı” kitabına həsr olunmuş tədbir keçirilib. Tədbirdə şagirdlər “Çiçək yağışı” kitabından müxtəlif bölmələr üzrə şeirlər səsləndirib, onları təhlil ediblər. Eyni zamanda, tədbirdə Rafiq Yusifoğlunun həyatı və yaradıcılığı haqqında da geniş məlumat verilib.