Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna maarifləndirici ekskursiya

       19 aprel 2025-ci il tarixində İbtidai sinif müəllimi Vəliyeva Arifənin rəhbərliyi ilə 4c sinif şagirdləri Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna maarifləndirici ekskursiya təşkil ediblər. Səfərin əsas məqsədi şagirdlərin tariximizə marağını artırmaq, onların qədim Azərbaycan mədəniyyəti və incəsənəti barədə biliklərini zənginləşdirmək olub. Ekskursiya zamanı şagirdlər qayaüstü rəsmlərlə yaxından tanış olub, min illər əvvəl yaşamış insanların həyat tərzini, düşüncə tərzini və dünyagörüşünü əks etdirən təsvirləri maraqla izləyiblər. Qoruq əməkdaşları tərəfindən təqdim olunan məlumatlar əsasında şagirdlər həmçinin qədim musiqi alətləri, ov səhnələri və ibtidai insanların məişəti ilə bağlı tarixi eksponatlarla da tanış olublar. Şagirdlərin aktiv iştirakı və maraqlı sualları ekskursiyanın nə qədər faydalı və yadda qalan olduğunu göstərib. Sonda uşaqlar xatirə şəkilləri çəkdirərək, zəngin təəssüratlarla məktəbə geri dönüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi