Xəlilova Nişanə Yaşar qızı 1996-cı ildə Gədəbəy rayonunun Köhnəqışlaq kəndində anadan olmuşdur.2003-2014-ci ildə Səbail rayonu 162 saylı tam orta məktəbdə təhsil almışdır. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai təhsil” fakultəsində təhsil almışdır. 2018-ci tədris ilindən 166 nömrəli məktəb-liseyə ibtidai sinif müəllimi təyin olunmuşdur. Evlidir.
Əlaqəli xəbərlər
3E sinif şagirdlərinin maraqlı test təcrübəsi
Kərimova Əfsanə Şahin qızı 01.10.1995-ci ildə Qazax rayonu Kəmərli kəndində anadan olub. 2002-ci ildə orta məktəbə başlayıb. 2013-cü ildə həmin məktəbi bitirib Azərbaycan Dövlət Pedaqoji Universiteti İbtidai sinfin pedaqogika və metodikası ixtisasına qəbul olub. 2017-ci ildə universiteti bitirib Bakı Şəhəri Zabrat qəsəbəsində yerləşən 71 nömrəli tam orta məktəbə işə qəbul olub. 2018-ci ildə Qaradağ rayonu Qızıldaş qəsəbəsində yerləşən 180 nömrəli məktəbə yerdəyişmə edib. 2019-cu yeniden yerdəyişmə edərək Lökbatan qəsəbəsində yerləşən 166 nömrəli məktəb-liseyə qəbul olub. Ailəlidir, övladı yoxdur.
Əlaqəli xəbərlər
Yel çərşənbəsi münasibətilə məktəb-liseyin ibtidai siniflərində bayram şənliyi keçirilib
Valideynlərlə idman yarışı keçirilib
Məmmədova Aygün Mirzəbala qızı 31 yanvar 1975-ci il tarixində anadan olub. 1982-1992-ci illərdə təhsilini başa vurduqdan sonra 1992-ci ildə Bakı Ali Qızlar Seminariyasının ibtidai sinif müəllimliyi ixtisasına qəbul olub. 1999-cu ildə oranı bitirərək pedaqoji fəaliyyətinə başlayıb. Hazırda Faiq Rəfiyev adına 166 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi olaraq fəaliyyətinə davam edir.
Əlaqəli xəbərlər
Yaşıl dünya üçün yaşıllıqları artıraq!
Sədiqə Dadaşova 1981-ci ildə Füzuli rayonunda anadan olub.1987-ci ildə Seyidəhmədli kənd orta məktəbinə getmiş 1998-ci ildə məktəbi bitirib, Azərbaycan Dövlət Pedaqoji Kollecinə qəbul olmuşdur.2001-ci ildə ibtidai sinif müəllimliyi ixtisasına yiyələnmişdir. Ailəlidir, 2 övladı var.
Sevinc Həsənova 1976-cı ildə Bakı şəhərində anadan olub.1983-1993-cü illərdə Bakı şəhəri 139 nömrəli məktəbdə təhsil almışdır.Həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə daxil olmuş və 1997-ci ildə bitirmişdir.1997-1999-cu illərdə 273 nömrəli məktəbdə ibtidai sinif müəllimi,1999-2009-cu illərdə 288 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləmişdir. Hazırda 166 nömrəli məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışır. Ailəlidir,2 övladı var.
Zibər Ağakişiyeva 1970-ci ildə Cəbrayıl rayonunda anadan olub.1978-ci ildə Şıxalıağalı kənd orta məktəbinə getmiş və 1986-cı ildə VIII sinfi bitirmişdir.Həmin il Bakı Pedaqoji Məktəbinin əmək təlimi fakültəsinə daxil olmuşdur.1990-1993-cü illərdə Cəbrayıl rayonunda öz ixtisası üzrə işləmişdir.1993-cü ildə məlum səbəblərə görə yaşayış yerini tərk edib Lökbatan qəsəbəsində yerləşmişdir.Həmin ildən 166 nömrəli məktəbdə əmək müəllimi işləmişdir.1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur.1997-ci ildən 166 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi işləyir.
Elnarə Quliyeva 1979-cu ildə Bakı şəhərində anadan olub.1986-1996-cı illərdə 106 nömrəli məktəbdə təhsil almışdır.1996-1998-ci illərdə Sabir adına Pedaqoji texnikumunda təhsil almış,1998-1999-cu illərdə Baş Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun ibtidai sinif müəllimi kursunu bitirmişdir.1998-ci ildə 288 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləyir.Hazırda 166 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi işləyir. Ailəlidir,3 övladı var.
Əlaqəli xəbərlər
Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Şəhla Mustafayeva 1979-cu ildə anadan olub.1986-1994-cü illərdə 106 nömrəli məktəbdə,1994-1996-cı illərdə 166 nömrəli məktəb-liseydə təhsil almışdır.1997-2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almışdır.2004-cü ildən 166 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi i.ləyir. Ailəlidir,2 övladı var.
Günəş Mahmudova 1985-ci ildə Laçın rayonunda anadan olub.1992-ci ildən məcburi köçkündür.1992-2003-cü illərdə Samux rayonu orta məktəbində təhsil almışdır.2003-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə daxil olmuşdur.2007-ci ildə həmin məktəbi bitirmişdir.2009-cu ildə Samux rayonunda ibtidai sinif müəllimi vəzifəsində çalışmışdır.2012-ci ildən ailə vəziyyəti ilə əlaqədar olaraq,Lökbatana köçmüşdür və həmin ildən 166 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi vəzifəsində çalışır. Ailəlidir.
Bakı şəhəri Faiq Rəfiyev adına 166 nömrəli məktəb-lisey 1936-cı ildən istifadəyə verilib....
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi