Ədəbi-bədii tədbir təşkil edilib

        Məktəb-liseyin 1Ç sinif şagirdləri sevimli müəllimləri Günəş Təhməzovanın rəhbərliyi ilə “Nağıllar aləminə səyahət” adlı ədəbi-bədii tədbir təşkil ediblər. Balaca səhnə ustaları bu tədbirdə klassik nağıl qəhrəmanlarının izinə düşərək, “Qırmızıpapaq” nağılını maraqlı və yadda qalan formada səhnələşdiriblər. Şagirdlərin rəngarəng geyimləri, obrazlara məharətlə daxil olmaları və səmimi çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin əsas məqsədi nağılları uşaqlara daha dərindən sevdirmək, onların nitq bacarıqlarını, özünüifadə qabiliyyətini və yaradıcılıq potensialını inkişaf etdirmək olub. Valideynlərin və müəllimlərin iştirak etdiyi tədbir alqışlarla müşayiət olunub, balaca aktyorların səhnə çıxışları isə uzun müddət yaddaşlarda qalacaq bir ədəbi-bədii bayrama çevrilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi