İçərişəhər tarixi-memarlıq kompleksinə ekskursiya

Məktəb-liseyin 2Ç sinfinin şagirdləri sinif rəhbəri Aygün Məmmədovanın təşkilatçılığı ilə İçərişəhər tarixi-memarlıq kompleksinə ekskursiya ediblər. Ekskursiyanın davamı olaraq sinifdə “Ekskursiyalardan sonrakı debatlar” mövzusunda maraqlı və fəal müzakirə təşkil olunub. Şagirdlər ekskursiya zamanı gördükləri tarixi abidələr – Qız Qalası, Şirvanşahlar Sarayı və İçərişəhərin qədim küçələri haqqında təəssüratlarını bölüşüblər. Onlar milli irsimizin qorunmasının əhəmiyyəti, tarixə hörmət və gələcək nəsillərə ötürüləcək mədəni dəyərlər barədə fəal debat aparıblar. Bu fəaliyyət şagirdlərin müşahidəçilik, fikir ifadə etmək və tənqidi düşünmə bacarıqlarının inkişafına xidmət edib. Eyni zamanda, ekskursiyanın dərs prosesinə inteqrasiya olunması onların öyrəndiklərini daha dərindən mənimsəmələrinə şərait yaradıb.