Musayeva Samirə Səməd qızı 1982-ci il oktyabr ayının 30-da Qax rayonunda anadan olub. 1988-ci ildə Balakən rayonu Nəsimi adına 2 nömrəli orta məktəbə daxil olub. 1995-ci ildə Balakən rayonu humanitar və texniki təmayüllü liseyə daxil olaraq 1999-cu ildə həmin liseyi bitirib. 1999-cu ildə Azərbaycan Dillər Universitetinin İngilis dili (Filologiya) fakültəsinə daxil olub, 2003-cü ildə həmin fakültəni “bakalavr” dərəcəsi üzrə bitirib. 2003-cü ilin avqust ayından 2019-cu ilin sentyabr ayına qədər Qax rayonu N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseydə ingilis dili müəllimi vəzifəsində işləyib. 2004-cü ildə Azərbaycan Dillər Universitetinin magistratura bölməsinin Dilşünaslıq fakültəsinə qiyabi daxil olaraq 2007-ci ildə buranı “magistr” dərəcəsi üzrə bitirib. 2019-cu ilin sentyabr ayından Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Faiq Rəfiyev adına 166 nömrəli məktəb-liseydə ingilis dili müəllimi işləyir.
İsmayılova Günay Akif qızı 1980-ci ildə Füzuli şəhərində anadan olub.1987-ci ildə 166 №li məktəb-liseyin I sinfinə daxil olub. 1997-ci ildə həmin məktəbi bitirmişdir.1997-ci ildə Odlar Yurdu Universitetinə daxil olmuş, 2004-cü ildə universiteti dilşünaslıq istiqaməti üzrə bitirmiş və tərcüməçi referent, ingilis dili müəllimi ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Hazırda 166 nömrəli məktəb-liseydə ingilis dili müəllimi vəzifəsində çalışır. Ailəlidir, 4 övladı var.
26.11.1978-ci il Bakıda, ziyalı ailəsində anadan olub. 1996-2000-ci illər Azərbaycan Dillər Universitetində ingilis-fransız bölməsi, filologiya fakültəsində təhsil alıb. 2000-ci ilin sentyabrından 2019-cu ilədək 302 saylı tam orta məktəbdə ingilis dili fənnini tədris edib. 2016-cı il Azərbaycan Təhsil Nazirliyinin nəzdində təşkil olunmuş Direktorluq kursunda uğurlu nəticə göstərib. 2019-2020-ci illərdə Türkiyə Cümhuriyyətinin Bursa şəhərində Sınav kolejində ingilis dili müəllimi kimi çalışıb. Hal-hazırda 166 nömrəli məktəb-liseydə ingilis dili müəllimi vəzifəsində çalışır. 22.04.2024-cü il tarixində Böyük Britaniya Birləşmiş Krallığı tərəfindən təsdiq edilmiş beynəlxalq akkreditasiyalı 120 saatlıq TESOL kursunu müvəffəqiyyətlə bitirmişdiir. Ailəlidir, 2 övladı var.
Əlaqəli xəbərlər
Ingilis dili fənni üzrə dəyirmi masa təşkil olunub
Ingilis dili fənni üzrə açıq dərs keçirilib
"Müasir texnologiyalar - bu gün və sabah" adlı açıq dərs keçirilib
Şirəliyeva Esmira Nizami qızı Mingəçevir şəhərində anadan olub. 2009-cu ildə Mingəçevir 14 nömrəli məktəbdə orta təhsilini başa vurduqdan sonra 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində Tərcüməçi ixtisası üzrə təhsilini davam etdirib. 2008-2009-cu illərdə ixtisasartırma vasitəsilə ixtisasını İngilis dili müəllimiyinə dəyişib. Hal-hazırda 166 nömrəli məktəb-liseydə ingilis dili müəllimi kimi fəaliyyət göstərir.
Göyçay rayonunda anadan olub. 2011-2015-ci illər arasında Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında İngilis dili fakultəsində təhsil alıb. 2015-2017-ci illərdə Göyçay rayonu Kürdşaban kənd tam orta məktəbində ingilis dili fənnini tədris edib. Hal-hazırda 166 nömrəli məktəb-liseydə ingilis dili müəllimi vəzifəsində çalışır.
Şəki şəhərində anadan olub. 2012-ci ildə Köndələn kənd tam orta məktəbini bitirərək Azərbaycan Dillər Universitetinin Pedaqogika fakultəsinin İngilis dili müəllimliyi ixtisasına daxil olub. 2018-ci ildə Şamaxı rayonu Çarhan kənd ümumi orta məktəbində ingilis dili müəllimi olaraq fəaliyyətə başlayıb. Fəaliyyətini hal-hazırda 166 nömrəli məktəb-liseydə davam etdirir.
Əlaqəli xəbərlər
“The Parts of the House” mövzusunda açıq dərs keçirilib
"A talk on bad habits" adlı açıq dərs keçirilib
Qəhrəmanova Yeganə Cavanşir qızı 1988-ci ildə Sumqayıt şəhərində anadan olub. 1994-cü ildə Sumqayıt şəhəri 31 saylı orta məktəbin 1-ci sinfinə başlayıb, 2005-ci ildə həmin məktəbi bitirib. 2006-cı ildə Azərbaycan Dillər Universitetinin ingilis dili ixtisasına daxil olub, 2010-cu ildə oranı bitirərək, magistr təhsili almağa başlayıb. 2012-ci ildə Qafqaz Universitetinin ingilis dili və ədəbiyyatı ixtisasının magistr səviyyəsini fərqlənmə diplomu ilə bitirib. 2019-2022- ci illərdə AMEA Dilçilik İnstitutunda Dil nəzəriyyəsi ixtisası üzrə doktorantura səviyyəsi üzrə təhsil alan Yeganə Qəhrəmanova 2022-2023-cü ildə 233 nömrəli məktəbdə ingilis dili müəllimi vəzifəsində çalışıb. Hazırda 166 nömrəli məktəb-liseydə ingilis dili müəllimi olaraq fəaliyyətinə davam edir. Ailəlidir.
19.02.1999-cu ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə 166 nömrəli məktəbdə ibtidai təhsilinə başlayan Təranə Ağakişiyeva 2016-cı ildə məktəbi bitirib. Həmin il Bakı Slavyan Universitetinin Xarici dil müəllimliyi ixtisasına qəbul olub. 2020-ci ildə universiteti bitirib. Q. Xalıqov adına Qobu qəsəbə 1 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi olaraq işə başlayan Təranə Ağakişiyeva 2023-cü ilə kimi həmin məktəbdəmüəllim olaraq fəaliyyət göstərib. Hazırda 166 nömrəli məktəb-liseydə ingilis dili müəllimi kimi çalışmağa başlayıb. Ailəlidir.
İsmayılova Ayşən Eyyub qızı 1994-cü il oktyabrın 15-də Sumqayıt şəhərində anadan olub. 2001-ci ildə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 166 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2012-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyi fakultəsinə daxil olub. 2016-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Hazırda 166 nömrəli məktəb-liseydə ingilis dili müəllimi olaraq fəaliyyət göstərməkdədir.
Bakı şəhəri Faiq Rəfiyev adına 166 nömrəli məktəb-lisey 1936-cı ildən istifadəyə verilib....
Budo üzrə Dünya Çempionatında 16-18 yaş arası yeniyetmələr arasında 70 kq çəki dərəcəsiylə I yerə layiq görülüb.
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi