Nəsirova Sahibə Tofiq qızı 1983-cü ildə Ağdam rayonunda anadan olub. 1993-cü ildən Lökbatan qəsəbəsində yaşayır. 2001-ci ildə 166 nömrəli məktəbi bitirib, 2002-2007-ci illərdə ADPU-nun filologiya fakültəsində təhsil alır.2004-2005-ci illərdə 166 nömrəli məktəbdə katibə, 2005-2007-ci illərdə həmin məktəbdə UBR vəzifəsində çalışıb. 2007-ci ildən həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində çalışır. Ailəlidir,iki övladı var.
Əlaqəli xəbərlər
“Tənqidi Realizm və Romantizm” mövzusunda tədbir keçirilib
Cəfərova Naibə Cəfər qızı 1967-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub.1974-cü ildə Cəbrayıl rayonu Soltanlı kəndində I sinfə getmişdir.1984-cü ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur.1989-cu ildə həmin institutu rus dili və ədəbiyyatı milli məktəblərdə tam kursunu bitirmişdir.1989-1993-cü illərdə Cəbrayıl rayonu Məzrə kəndində ixtisası üzrə işləmişdir.1993-cü ildə Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən işğal olunduğuna görə Bakı şəhəri Lökbatan qəsəbəsində məskunlaşmışdır.1993-2002-ci ilə qədər 166 nömrəli məktəb-liseydə rus dili və ədəbiyyatı müəllimi işləmişdir.2002-2003-cü illərdə BPKİYİ-da Azərbacan dili və ədəbiyyatı ixtisasına yiyələnmişdir.2003-cü ildən 166 nömrəli məktəb-liseydə Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs aparır.Ailəlidir,2 övladı var.
Şərifova Şəfayət Qarakişi qızı 1962-ci ildə İsmayıllı şəhərində anadan olub.1970-ci ildə I sinfə getmiş,1980-ci ildə bitirmişdir.1981-1986-cı ildə Azərbaycan Pedaqoji İnstitutunda oxumuşdur.1986-cı ildə təyinatla İsmayıllı rayonuna göndərilmiş,Sonra ailə vəziyyəti ilə əlaqədar rayonun Təzəkənd kəndində rus dili müəllimi işləmişdir.1993-cü ildə 288№li məktəbdə rus dili müəllimi işləmişdir.1994-cü ildən 166 №li məktəbdə rus dili müəllimi işləyir.2004-2005-ci illərdə Azərbaycan müəllimlər institutuna daxil olmuş və Azərbaycan dili və Ədəbiyyatı ixtisasına yiyələnmişdir. Ailəlidir,2 övladı var.
Əhmədxanova Qəşəng Mühasib qızı 1964-cü il Qusar rayonunda anadan olub.1971-1981-ci illərdə Hil kənd məktəbində təhsil almışdır.1981-1982-ci ildə Qusar rayonu Lenin adına sovxozda fəhlə,1982-1988-ci ilə qədər həmin sovxozda komsomol komitəsinin katibi işləmişdir.1982-1988-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin filoloq,Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə qiyabi təhsil almışdır.1989-1991-ci ildə Sverlovsk şəhərinin 2 nomrəli orta məktəbdə tərbiyəçi işləmişdir.1991-1994-cü illərdə Qusar rayonu Hil kənd orta məktəbində,1994-cü ildən Bakı şəhəri 166 nömrəli məktəb-liseydə ixtisası üzrə müəllim işləyir. Ailəlidir,4 övladı var.
Əlaqəli xəbərlər
Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
Mehdiyeva İlhamə Mehdi qızı 1967-ci ildə anadan olub.1985-1990-cı illərdə Naxçıvan DPİ-nin tarix-filologiya fakultəsinin Azərbaycan dili və ədəbiyyatı fakultəsində təhsil almışdır.1989-cu ildə Naxçıvan MR-nın Babək rayobnu Çalxanqala kəndində,sonra isə Naxçıvan şəhər 12 nömrəli məktəbdə ixtisası üzrə müəllim işləmişdir.1997-ci ildən Bakı şəhər 166 nömrəli məktəb-liseydə ixtisası üzrə müəllimə işləyir. Ailəlidir,3 övladı var.
Nigar Nuriyeva 1982-ci ildə Bakı şəhərində anadan olub.1989-1999-cu illərdə 106 nömrəli orta məktəbdə təhsil almışdır.1999-2003-cü illərdə BDU-nin filologiya fakültəsində təhsil almışdır. Ailəlidir,3 övladı var.
Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1994-cü ildə Bakı şəhəri 166 nömrəli məktəb-liseyin 1-ci sinfinə daxil olub. 2005-ci ildə həmin məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Filologiya fakultəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olub. 2017-ci ildən 166 nömrəli məktəb-liseydə Günüuzadılmış qrup rəhbəri kimi fəaliyyət göstərib. Hal-hazırda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində çalışır.
Mustafayeva Fəxriyyə Raqif qızı 1988-ci il 17 iyunda Qazax rayonu Soyuq-bulaq kəndində anadan olub. 1995-ci ildə M.Omarov adına Soyuq-bulaq kənd orta məktəbində I sinfə başlayıb. 2006-cı ildə məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olub. 2010-cu ildə universiteti bitirib. Ailəlidir. Üç övladı var.
Əlaqəli xəbərlər
Xocalı faciəsinin ildönümü ilə əlaqədar nümunəvi dərs keçirilib
“Tənqidi Realizm və Romantizm” mövzusunda tədbir keçirilib
Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
Bakı şəhəri Faiq Rəfiyev adına 166 nömrəli məktəb-lisey 1936-cı ildən istifadəyə verilib....
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi