Xocalı faciəsinin ildönümü ilə əlaqədar nümunəvi dərs keçirilib

Məktəb-liseyin 8C sinfində Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan dili və ədəbiyyat müəllimi Fəxriyyə Mustafayeva və tarix müəllimi Ağabəyim Ələkbərova tərəfindən nümunəvi dərs keçirilib. Dərsdə şagirdlərə 1992-ci ilin fevralında baş vermiş faciə, onun tarixi səbəbləri və Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayətin nəticələri haqqında ətraflı məlumat verilib. Dərsin gedişində Xocalı şahidlərinin xatirələri, arxiv materialları təqdim olunub, şagirdlər mövzu ilə bağlı müzakirələr aparıb, faciəyə həsr olunmuş şeirlər səsləndiriblər. Bu dərs şagirdlərə təkcə keçmişi öyrətmək deyil, həm də vətənpərvərlik ruhunu aşılamaq, tarixi həqiqətləri unutmamaq və onları gələcək nəsillərə ötürmək baxımından böyük əhəmiyyət daşıyır.