Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib

Məktəb-liseydə Azərbaycan dili və ədəbiyyat müəllimləri Qəşəng Əhmədxanova və Fəxriyyə Mustafayevanın təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Tədbirdə müəllimlər, şagirdlər və məktəb rəhbərliyi iştirak edib. Tədbirin əsas məqsədi şagirdlərə ana dilinin dəyərini, onun milli kimliyimizin və mədəni irsimizin ayrılmaz hissəsi olduğunu çatdırmaq, onları doğma dilə sevgi və hörmət ruhunda tərbiyə etmək olub. Tədbirdə şagirdlər ana dilimizin gözəlliyini və zənginliyini tərənnüm edən şeirlər səsləndiriblər. Bundan əlavə, “Şirin dil” mahnısı şagirdlərin ifasında böyük coşqu ilə səsləndirilib. Şagirdlər ana dilimizin tarixi, onun qorunması və inkişafı barədə maraqlı məlumatlarla çıxış ediblər. Tədbirin sonunda müəllimlər çıxış edərək, şagirdlərin fəallığını yüksək qiymətləndirib, dilimizin saflığını qorumağın hər bir vətəndaşın borcu olduğunu vurğulayıblar. Bu cür tədbirlərin gənc nəsildə milli-mənəvi dəyərlərə sevgi aşılamaq baxımından mühüm rol oynadığı qeyd edilib. Ana dilimiz bizim kimliyimizdir və onu qorumaq hər birimizin müqəddəs borcudur!