Məmmədkərimova Dürdanə Nəsif qızı 1992-ci ildə Şəki şəhərində anadan olub.2000-ci ildə Şəki şəhər 11 saylı orta məktəbə daxil olmuşdur.2011-ci ildə məktəbi bitirib ADPU-nin Kimya fakultəsinə daxil olmuşdur.15.09.2017-ci ildən 166 nömrəli məktəbdə kimya müəllimi işləyir.
Əlaqəli xəbərlər
Kiçik Akademiyaçıların növbəti Rayon Konfransı keçirilib
Rzayeva Gülü Sahib qızı 25.10.1985-ci ildə Beyləqan rayonunda anadan olub, 1992-ci ildə Beyləqan rayon 2 saylı orta məktəbin I sinfinə daxil olub. Məktəbi bitirdikdən sonra 2006-2010-cu illərdə Azərbaycan Dövlət Pedaqoji universitetdə bakalavr təhsili alıb. 2011-2013-cü illərdə Bakı Dövlət universitetində magistr üzrə təhsilini davam etdirib və Fərqlənmə ilə universiteti başa vurub. 01.09.2015-ci ildə Siyəzən şəhər 3 saylı tam orta məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. 2018-2019-cu tədris ilində paralel olaraq Bakı şəhəri 329 №li məktəbdə də fəaliyyətini davam etdirib. Hazırda isə 166 №li məktəb-liseydə kimya müəllimidir.
Rəna Əbilova Mahmudağa qızı 1965-ci ildə Bakı şəhərində anadan olub.1972-1982-ci illərdə 166 nömrəli məktəbdə təhsil almışdır.1982-1987-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Elektro mexanika fakültəsində təhsil almışdır.Təhsilini başa vurduqdan sonra Azelektroterm zavodunda konstruktor mühəndisi vəzifəsində çalışmışdır.1990-cı ildən 166 nömrəli məktəb-liseydə informatika müəllimi işləmişdir.2000-2001-ci ildə BPKYHİ institunda informatika-riyaziyyat müəllimi ixtisası üzrə təhsil almışdır.3 övladı var.
Heydərova Ruhiyyə Ağamirzə qızı 1976-cı ildə Salyan rayonunda anadan olub.1983-1994-cü illərdə Aşağı Kürkənd kənd orta məktəbində təhsil almışdır.!994-1998-ci illərdə Azərbaycan Dövlət Texniki Universitetinin Avtomatika və Hesablama texnikası fakültəsini bitirmişdir.1998-ci ildə Salyan rayonunun Yenikənd kənd orta məktəbində müəllim kimi fəaliyyətə başlamışdır.1998-ci ildə BBPKİAYHİ-na daxil olmuşdur.1999-cu ildə Riyaziyyat və informatika fakültəsini bitirmişdir.2000-ci ildən 166 nömrəli məktəb-liseydə informatika müəllimi işləyir. Ailəlidir,2 övladı var.
Səfizadə Zərifə Məcid qızı 1996-cı ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə S. Məhərrəmov adına 106 saylı tam orta məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji Universiteti İnformatika müəllimliyi ixtisasına qəbul olub. 2018-ci ildə universiteti bitirdikdən sonra 2018-2019-cu illərdə Gədəbəy rayonu Heriknaz kənd orta məktəbində informatika müəllimi kimi fəaliyyət göstərib. 2019-cu ildən isə Şəmkir rayonu C.Rüstəmov adına tam orta məktəbdə fəaliyyətini davam etdirib. Hazırda 166 nömrəli məktəb-liseydə İnformatika müəllimi vəzifəsində çalışır.
Mustafayev Tofiq Sadıq oğlu 1969-cu ildə Qərbi Azərbaycanda anadan olub.1976-1986-cı illərdə Güllübulaq kənd orta məktəbində təhsil almışdır.1986-cı ildə Naxçıvan Dövlət Universitetinin ümumi texniki fənlər üzrə fakultəyə daxil olmuşdur.1987-1989-cu illərdə hərbi xidmətdə olmuşdur.1992-1993-cü illərdə Naxçıvan Dövlət Universitetini əla qiymətlərlə bitirmişdir.
Həsənova Səbinə Şamil qızı 1974-cü ildə Görüş rayonunda anadan olub.1980-ci ildə I sinfə daxil olmuşdur.1988-ci ildə VIII sinfi bitirib,Sumqayıt Kimya Texnologiya texnikomuna daxil olmuşdur.1992-ci ildə həmin məktəbi bitirib,texnik-texnoloq ixtisasına yiyələnmişdir.1992-1993-cü illərdə Qaradağ rayonu GTS-də dərnək rəhbəri,1993-1997-ci illərdə 288 nömrəli məktəbdə əmək təlimi müəllimi işləmişdir.1997-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq,işdən azad olmuşdur.2000-ci ildə ixtisasartırma və yenidənhazırlanma institutunu bitirmişdir.
Əlaqəli xəbərlər
Hesabat iclası keçirilib
Anım Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
Son zəng tədbiri keçirilib
Ulu Novruz adlı genişmiqyaslı tədbir keçirilib
Əliyeva Validə Sərraf qızı 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2008-ci ildə Xətai rayonu 63 saylı tam orta məktəbi bitirmişdir. 2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Peşə təlimi” fakultəsini bitirmişdir. 2013-2015-ci ildə Azərbaycan Dövlət Pedaqji Universitetinin “Texnalogiya fənninin tədrisi metodikası və metodologiyası” fakultəsini bitirmişdir. 2018-ci tədris ilindən 166 nömrəli məktəb-liseyə texnalogiya müəllimi təyin olunmuşdur. Ailəlidir, bir övladı var.
Rüstəmli Aytən Elim qızı 29 avqust 1991-ci ildə Qobustan qəsəbəsində anadan olub. 1998-ci ildə orta məktəbə başlayıb, 2007-ci ildə Y.Əliyev adına 195 nömrəli orta məktəbi bitirdikdən 3 il sonra 2010-cu ildə Bakı Humanitar Kollecə qəbul olub.2014-cü ildə kolleci bitirdikdən sonra 2019-cu ildə MİQ vasitəsilə 135 nömrəli məktəbdə işləməyə başlayıb, 1 il sonra yerdəyişmə edərək 166 nömrəli məktəb-liseyə keçid edib. Hazırda bu məktəbdə texnologiya müəllimi kimi fəaliyyət göstərir.
Bakı şəhəri Faiq Rəfiyev adına 166 nömrəli məktəb-lisey 1936-cı ildən istifadəyə verilib....
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi