Ulu Novruz adlı genişmiqyaslı tədbir keçirilib

         Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-123F/2023 nömrəli 13.03.2023-cü il tarixli əmri ilə təsdiq edilmiş "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində Bakı şəhəri F.Rəfiyev adına 166 nömrəli məktəb-liseydə "Ulu Novruz" adlı genişmiqyaslı tədbir keçirilib. Tədbir zamanı ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri nümayiş olunub, həmçinin Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni və müxtəlif  şirniyyat nümunələri süfrələri bəzəyib, hər tərəf Novruzun gəlişini tərənnüm edən al-əlvan plakatlarla bəzədilib. Şagirdlərdən ibarət rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. İdmançılar müxtəlif idman növləri üzrə çevik hərəkətlərlə öz məharətlərini nümayiş etdiriblər. Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşğu ilə qarşılanıb. Müəllim-şagird kollektivlərinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgi izləyicilərdə dərin təəssüratlar yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi