Ingilis dili fənni üzrə dəyirmi masa təşkil olunub

Məktəb-liseyin ingilis dili müəllimi Sevinc Hətəmovanın rəhbərliyi ilə 8C sinfində “Natural Disasters” (Təbii fəlakətlər) mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirin məqsədi şagirdlərin ingilis dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək, mövzu ilə bağlı biliklərini artırmaq və ekoloji şüurun formalaşmasına töhfə vermək olub. Dəyirmi masa zamanı şagirdlər zəlzələ, qasırğa, sunami, daşqın və digər təbii fəlakətlər haqqında müzakirələr aparıb, bu hadisələrin səbəbləri və nəticələri barədə fikirlərini bölüşüblər.
Görüş interaktiv şəkildə keçib, şagirdlər təqdimatlar edərək mövzu ilə bağlı öz araşdırmalarını təqdim ediblər. Tədbirin sonunda fəlakətlərin qarşısının alınması və insan həyatına təsiri ilə bağlı müzakirələr aparılıb.