"Müasir texnologiyalar - bu gün və sabah" adlı açıq dərs keçirilib
Məktəb-liseydə ingilis dili aylığı çərçivəsində ingilis dili müəllimi Sevinc Hətəmova və 10C sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən start verilən “Valideyn-müəllim-şagird üçbucağı” adlı yeni sosial media layihəsinə qoşulan məktəb-liseyin 10C sinfinin valideynləri də dəyirmi masa müzakirələrində aktiv iştirak edib. "Müasir texnologiyalar - bu gün və sabah" adlı mövzu zamanı şagirdlər ən müasir texnologiyalar və texnoloji üsullarla bağlı apardıqları araşdırmaları, paralel olaraq həm ingilis, həm azərbaycan dilində təqdim edib. Valideynlər də müzakirələrə qoşularaq texnologiyanın insan həyatındakı müsbət və mənfi cəhətləri barədə maraqlı çıxışlar edib.