Ingilis dili fənni üzrə açıq dərs keçirilib

       06 mart 2025-ci il tarixində məktəb-liseyin 9A sinfində ingilis dili müəllimi Kifayət Tağıyeva tərəfindən açıq dərs keçirilib. Dərs innovativ tədris metodlarına əsaslanaraq, şagirdlərin ingilis dili bacarıqlarını inkişaf etdirməyə yönəldilib. Açıq dərs zamanı interaktiv təlim üsullarından istifadə edilib, şagirdlərin fəallığı təmin olunub və praktiki tapşırıqlar vasitəsilə onların ünsiyyət bacarıqları möhkəmləndirilib. Tədbirdə həm müəllimlər, həm də məktəb rəhbərliyi iştirak edərək dərsin gedişatını izləyib və öz müsbət rəylərini bildiriblər. Bu cür dərslər müəllimlərin peşəkar inkişafına və şagirdlərin dil öyrənməyə marağının artırılmasına mühüm töhfə verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi