“The Parts of the House” mövzusunda açıq dərs keçirilib

Məktəb-liseyin 2B sinfində “The Parts of the House” mövzusunda açıq dərs keçirilib. Məktəb-liseyin 2B sinfində ingilis dili müəllimi Əsli İbrahimova tərəfindən “The Parts of the House” (Evin hissələri) mövzusunda açıq dərs keçirilib. Dərsin məqsədi şagirdlərin ingilis dilində evin müxtəlif hissələrini öyrənmələri və bu sözləri düzgün istifadə etmələrini təmin etmək olub. Dərs zamanı interaktiv metodlardan istifadə edilib. Şagirdlər müxtəlif şəkillər, kartlar və oyunlar vasitəsilə otaqların adlarını öyrəniblər. Mövzunun daha yaxşı mənimsənilməsi üçün qrup işləri, sual-cavab sessiyaları və rollu oyunlar təşkil olunub. Dərsin sonunda şagirdlər əldə etdikləri bilikləri nümayiş etdirərək fərdi və komanda şəklində təqdimatlar ediblər. Açıq dərs şagirdlərin həm bilik səviyyəsini artırıb, həm də ingilis dilində ünsiyyət bacarıqlarını inkişaf etdirməyə kömək edib.