2D sinif şagirdlərinin maraqlı ekskursiyası

       2D sinfinin şagirdləri Nəbatət bağında keçirilən ekskursiyadan sonra məktəbdə maraqlı və faydalı bir təşəbbüslə çıxış ediblər. Ekskursiya zamanı gördükləri, öyrəndikləri və müşahidə etdikləri barədə sinif müzakirəsi təşkil edən şagirdlər yaşıllığın əhəmiyyəti və bitkilərə düzgün qulluq yolları haqqında təqdimatlar hazırlayıblar. Şagirdlər bununla kifayətlənməyərək məktəbin həyətində öz əl işlərini – dibçəklərdə becərdikləri bitkiləri və əkdikləri ağacları nümayiş etdiriblər. Onların bu təşəbbüsü məktəb rəhbərliyinin diqqətindən yayınmayıb. Rəhbərlik təqdimatlara baxaraq 2D sinfinin ekoloji düşüncəyə malik, fəal və yaradıcı olduğunu vurğulayıb, onların bu nümunəvi fəaliyyətini yüksək qiymətləndirib. Bu cür təşəbbüslər şagirdlərdə təbiətə sevgi və məsuliyyət hissinin aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi