Dərs “Alış-veriş” mövzusuna həsr olunub

     21 aprel 2025-ci il tarixində məktəb-liseyin 2D sinfində riyaziyyat fənnindən maraqlı və maarifləndirici dərs keçirilib. Əfsanə Kərimovanın rəhbərliyi ilə təşkil olunan dərs “Alış-veriş” mövzusuna həsr olunub. Dərs zamanı şagirdlər müxtəlif market məhsullarından istifadə etməklə səmərəli alış-veriş etməyi, pulun düzgün və məqsədəuyğun şəkildə idarə olunmasını nümayiş etdiriblər. Tədris prosesində interaktiv fəaliyyətlərə yer verilərək şagirdlərin praktiki bacarıqları inkişaf etdirilib. Bu dərs təkcə riyazi biliklərin tətbiqi ilə məhdudlaşmayaraq, eyni zamanda şagirdlərin maliyyə savadlılığının formalaşmasına da mühüm töhfə verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi