Maarifləndirici təqdimat müsabiqəsi keçirilib

      Məktəb-liseydə VII-IX sinif şagirdləri arasında maraqlı və maarifləndirici təqdimat müsabiqəsi keçirilib. Müsabiqə zamanı şagirdlərə müxtəlif mövzularda – “Azərbaycan və incəsənət: təsviri incilər”, “Football”, “Kinomotoqrafiya”, “Süni intellekt”, “Həyatın səssiz inqilabı” və “Azərbaycan bəstəkarları” kimi mövzularda təqdimatlar hazırlamaq imkanı verilib. Təqdimatların məqsədi şagirdlərin tədqiqat bacarıqlarını inkişaf etdirmək, ictimai çıxış vərdişlərini möhkəmləndirmək və mövzu üzrə biliklərini daha da artırmaq olub. Tədbirin təşkilatçısı informatika müəllimi Zərifə Səfizadə olub. Münsiflərin qərarına əsasən, müsabiqənin qalibi Gülmirə Əzimova və Aytac Qafarlı elan olunub. Təqdimatların yaradıcı yanaşma, məzmun zənginliyi və texniki təqdimat bacarığı baxımından yüksək səviyyədə qiymətləndirildiyi bildirilib. Tədbirin sonunda bütün iştirakçılara təşəkkürnamələr təqdim edilib və gələcəkdə bu cür müsabiqələrin davam etdiriləcəyi qeyd olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi