Respublika Fənn Müsabiqəsinin I mərhələsinin nəticələri 10.04.2022- ci il tarixində Respublika Fənn Müsabiqəsi keçirilmişdir.
Məktəbimizin 6 və7-ci sinif şagirdləri də bu olimpiadada fəal iştirak etmişlər.İştirak etmiş şagirdlər arasında 6- cı sinif şagirdləri Rəsulzadə Məryəm Vüqar qızı, Vəliyev Ramal Emin oğlu, Mirzəyeva Nihal Muğum qızı, Bağırzadə Hüseyn Nazim oğlu,və 7- ci sinif şagirdi Abdullah İbrahim Zaur oğlu final mərhələsinə vəsiqə qazanmışlar.Final mərhələsində şagirdlərimizə uğurlar arzulayırıq və qalibiyyətlərini gözləyirik.
Lütfi Zadə məntiq olimpiadası. I mərhələ nəticələr 09 aprel 2022- ci il tarixində Lütfi Zadə Məntiq Olimpiadası keçirilmişdir.Məktəbimizin 5-ci sinif şagirdləri də bu olimpiada da fəal iştirak etmişlər.İştirak etmiş şagirdlər arasında 5a sinif şagirdi Aslanlı Dəniz İlkin qızı və 5b sinif şagirdi Əsgərova Sona Vüqar qızı final mərhələsinə vəsiqə qazanmışlar.Final mərhələsində şagirdlərimizə uğurlar arzulayırıq və qalibiyyətlərini gözləyirik.
V Ümumrespublika Forumu. IX sinif şagirdi Zərbəliyev Murad Bu gün Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Regional İnkişaf " İctimai Birliyi və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə 18 noyabr 2021- ci il tarixində Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilir.Forumda məktəbimizin IX sinif şagirdi Zərbəliyev Murad da iştirak edir.
Muradı təbrik edir, Forumun fəaliyyətinə uğurlar diləyirik.