“AİLƏ SEVGİ, SƏDAQƏT, HƏMRƏYLİK MƏKTƏBİDİR” ŞEİR-HEKAYƏ MÜSABİQƏSİBinəqədi rayonu N.Babayeva adına 144 nömrəli tam orta məktəbin 10 a sinfinin şagirdi Nihad Vəliyev “Tənəffüsdə sinif rəhbərimiz yox idi” , 8 b sinfinin şagirdi Əlizadə Səkinə isə "Ailə əvəzsizdir” adlı hekayələri ilə “Ailə sevgi, sədaqət, həmrəylik məktəbidir” şeir-hekayə müsabiqəsində uğurla iştirak edərək münsiflər heyəti tərəfindən rəğbətləndirilmiş , diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
I Məntiq olimpiadası qalibiBakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 95 illik yubileyi ərəfəsində I məntiq olimpiadası təşkil edilmişdir.
Olimpiadaya qatılan 23 834 nəfər V-VI sinif şagirdləri arasında bizim məktəbin şagirdləri də olub. Yekun mərhələdə ən yüksək nəticə göstərən 83 mükafatçı sırasında yer alaraq bürunc medala layiq görülən Eldar Xancanovun üğüru hər birimizi çox sevindirir. Eldarı ürəkdən təbrik edir və ona daha böyük nailiyyətlər arzulayırıq.
SURXAYIN NÖVBƏTİ UĞURUMəktəbin 9-cu sinif şagirdi Nadirzadə Surxay daha bir uğura imza atdı. Onun adı və müxtəlif xalqların nağıllarını əks etdirdiyi rəsmlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə hazırladığı "Hər çiçəyin öz ətri var" adlı uşaq və yeniyetmələrin rəsm əsərlərinin kataloquna daxil edilmişdir. 23 dekabr 2016-cı il tarixdə Xətai Sənət Mərkəzində kataloqun təntənəli surətdə təqdimatı keçirildi. Surxayı təbrik edir və ona uğurlar arzulayırıq.