MÜSABİQƏ QALİBLƏRİMİZ09 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə Binəqədi rayonu məktəbləri arasında rəsm müsabiqəsi keçirilmişdir. Keçirilmiş rəsm müsabiqəsinin qalibləri arasında şagirdimiz Nihal məktəbimizi uğurla təmsil etdi. Bu uğur münasibətilə onu təbrik edirik.
MÜSABİQƏ QALİBLƏRİMİZ09 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə Binəqədi rayonu orta umumtəhsil məktəblərinin şagirdləri arasında bədii-qiraət müsabiqəsi təşkil edilmişdir. Keçirilmiş bədii-qiraət müsabiqəsinin qalibləri arasında şagirdimiz Fikrət məktəbimizi uğurla təmsil etdi. Fİkrəti bu uğur münasibətilə təbrik edirik.
“Şahmat” üzrə rayon birinciliyi-III yer"5 mart - Bədən tərbiyəsi və idman günü” münasibətilə 276 № li tam orta məktəbdə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şahmat” üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə hər birində 6 nəfər (4 oğlan, 2 qız) olmaqla 26 məktəb komandası iştirak etmişdir. Yarışın nəticələrinə görə, 144 № li tam orta məktəbin komandası III yeri tutmuşdur. Qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medal ilə mükafatlandırılmışlar.