Kiçik Akademiya

"Heydər Əliyev İli"nə həsr olunmuş "Kiçik Akademiya" üzvlərinin I Ümumşəhər Konfransı2023-cü ili uğurlarla başa vururuq... "Heydər Əliyev İli"nə həsr olunmuş "Kiçik Akademiya" üzvlərinin I Ümumşəhər Konfransında təşkil olunan sərgidə 144 nömrəli məktəb olaraq biz də varıq. Kiçik Akademiyalarının böyük dahilərindən olan şagirdimiz Elnur və onun savad qazanmasında dəstək olan müəllimi, dəyərli Lütviyyə müəllimə təşəkkür edirəm, işlərində daima uğurlar arzulayıram. Möhtəşəm tədbirin təşkilinə görə BŞTİ-nə , Günay xanıma təşəkkür edirəm.

Ətraflı

STEAM və Robotlarla Qarabağı yenidən quraq.Kiçik Akademiyanın işinin təqdimatı... 25 noyabr Kəlbəcər şəhəri günüdür. Azərbaycan Respublikası 44 günlük vətən müharibəsində Ermənistanla Dağlıq Qarabağ münaqişəsini qələbə ilə həll etdi. Və işğal altında olan 20% torpaqlarımız geri qayıtdı. 30ildən çox işğal altında qalan dilbər guşələrimizə mənfur düşmənlərimiz minalarla basdırmış, vətənimizə ekoloji ziyan vurmuşdur. Məlumdur ki, 24 noyabr 2023cü ildə Bakı Şəhər Təhsil idarəsi tərəfindən 83 nömrəli məktəb-liseydə Kiçik Akademiyanın içinin təqdimatı keçirilmişdir. Biz də 144 nömrəli tam orta məktəb olaraq bu akademiyada iştirak etdik. Mövzu: STEAM və Robotlarla Qarabağı yenidən quraq. Bundan əlavə isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı fərmana əsasən hər il 25 noyabr Kəlbəcər şəhəri günü kimi qeyd olunur. Biz də buradan yola çıxaraq, "Ev3 mindstorms robot" dəstlərindən istifadə edib, minatəmizləyən robotlar vasitəsilə Kəlbəcər şəhərini minalardan təmizləyib, tinkercad proqramında yaşayış obyektlərini və "Dəmir yumruq" maketini dizayn edib, 3d printer qurğusunun köməyilə Kəlbəcər şəhərini yeni maketini qurduq. Hazırladığımız minatəmizləyən robot ultrasonik sensorlar vasitəsilə torpağın üstündə gəzməklə minanın olmasını əvvəlcədən bizə xəbər verir və həmin minanı torpaqdan qazıb, təhlükəsiz şəkildə çıxarır. Bundan sonra isə gəlcəkdə Qarabağın digər rayonlarını real olaraq yenidən qurmağa hazırıq. Prezident İlham Əliyevin dediyi kimi: Qarabağ Azərbaycandır!

Ətraflı

Kiçik Akademiyanın şahmat sevərləriŞahmat — iki oyunçu arasında taxta lövhə üzərində oynanan əyləncəli və rəqabətli strateji oyun. Bəzən bu oyunu daha qədim növlərindən və Çin şahmatı kimi əlaqəli oyunlardan fərqləndirmək üçün "Qərb şahmatı" və ya "Beynəlxalq şahmat" adlandırırlar. Oyunun indiki forması Hindistan və fars mənşəli oxşar oyunun inkişafından sonra XV əsrin ikinci yarısında Cənubi Avropada ortaya çıxdı. Bu gün şahmat bütün dünyada milyonlarla insanın evdə, klublarda, onlayn və turnirlərdə oynadığı dünyanın ən populyar oyunlarından biridir. "Kiçik Akademiya"mızın gənc oyunçuları, Şahmat sevərləri bu gün bir araya gəldi.

Ətraflı

Dünya dövlətlərinin bayraqları gənc tədqiqatçılarımızln təqdimatındaBayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.    

Ətraflı

"Kiçik Akademiya"nın növbəti təqdimatı Kiçik Akademiyanın fiziki tərbiyə bölməsinin idman sahəsində nailiyyətləri olan üzvlərinin növbəti toplantısı keçirildi."Dəyirmi masa"  formasında təşkil olunan görüşdə təlim-tərbiyə işləri üzrə direktor müavini K.Mirzəliyeva,Kiçik Akademiyanın  nəzarətçi rəhbəri, ingilis dili müəllimi V.Səlimova və fiziki tərbiyə müəllimi A.Xanım iştirak edirdilər.Tədbirdə cari ildə müxtəlif idman növü üzrə qazanılmış uğurlardan  danışıldı,  şagirdlərimizin   təltif olunduqları diplom,sertifikat və medallar nümayiş olundu. Xatırladaq ki,Kiçik Akademiyanın prezidenti, IX sinif şagirdi Eldar Xancanovun özü də dəfələrlə Kikboks idman növü üzrə müxtəlif nominasiyalara görə qalibiyyətlərə imza atmışdır. O cümlədən məktəbin 5a sinif şagirdi X.İlkin və 7c sinif şagirdi M.Ayxan da futbol idman növü üzrə Türkiyənin Samsun şəhərində keçirilən yarışlarda ölkəmizi təmsil edərək  II yerə layiq görülmüşlər.              İdman sahəsində nailiyyətləri olan şagirdlərimizin hər birini təbrik edir, uğurlarının bol və daimi olmasını arzulayırıq!

Ətraflı

Kiçik Akademiyanın coğrafiya fənn bloku üzvlərinin təqdimatı  Bu gün Kiçik Akademiyanın coğrafiya fənn bloku üzvlərinin təqdimatı keçirildi. Bildiyimiz kimi, müasir dövrdə elm və texnikanın, məhsuldar qüvvələrin sürətli inkişafı yerin landşaft sferasının təbiətində əsaslı şəkildə ciddi struktur dəyişmələri yaratmışdır.Elə bu səbəbdən də antropogen landşaftların öyrənilməsinə maraq xeyli artmışdır.              Bu baxımdan  təşkil olunan görüşdə Kiçik Akademiyanın coğrafiyaçı üzvləri  "Səhralaşma, Azərbaycan antropogen və texnogen landşaftının rekultivasiyası" istiqamətində apardıqları tədqiqat işlərini,eləcə də dünya və "Azərbaycan coğrafiyasında səhralaşma,antropogen və texnogen çirklənmə və onların aradan qaldırılması yolları" mövzusunda hazırladıqları araşdırmalarını təqdim etdilər. Təqdimatları coğrafiyaçılarımızın Kiçik Akademiya fəaliyyətindəki ən böyük nailiyyətlərindən biri hesab etmək olar. Uğurlarınız davamlı olsun, əziz uşaqlar!

Ətraflı

Kiçik Akademiyada "Pİ günü" qeyd olundu Bildiyimiz kimi 14-mart tarixi "Pİ günü" kimi qeyd olunur.Bununla əlaqədar olaraq məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın riyaziyyat bölməsinin fəalları "Pi günü" və bu günün yaranma tarixi ilə bağlı apardıqları tədqiqatları və hazırladıqları divar qəzetlərini təqdim etdilər. Xatırladaq ki,Pi Sayı adını Yunanda "dairə" sözünün ilk hərfi olan rəmzindən sahə,bir dairənin ətrafının miqyasına bölünməsi ilə əldə edilən,riyaziyyatda istifadə edilməkdə olub,dəyərinin tam olaraq bilinməməsi birlikdə ümumi bir ifadə ilə 3 və ya 3,14 olaraq qəbul edilən,daim istifadə tarixi 250 il əvvələ söykənən sabit say sistemidir.Təqdimatda məktəbin təşkilatı işlər üzrə direktor müavini K.Mirzəliyeva,"Kiçik akademiya"ya təyin olunan nəzarətçi rəhbər,o cümlədən məktəbin ingilis dili müəllimi V.Səlimova,məktəbin riyaziyyat müəllimi C.Sevda və KA-nın Riyaziyyat bölməsinin rəhbəri VII sinif şagirdi Q.Məryəm iştirak edirdilər.

Ətraflı

Kiçik Akademiyanın növbəti iclası keçirildi Bildiyimiz kimi,“Kiçik Akademiya” (bundan sonra KA) yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. Bu gün,məktəbimizdə "Kiçik Akademiya" nın növbəti iclası keçirildi.Tədbirdə məktəbin təşkilatı işlər üzrə direktor müavini K.Mirzəliyeva,"Kiçik akademiya"ya təyin olunan nəzarətçi rəhbər,o cümlədən məktəbin ingilis dili müəllimi V.Səlimova,Kiçik Akademiyanın prezidenti IX sinif şagirdi Eldar Xancanov və müxtəlif sinif şagirdlərindən ibarət olan vitse prezidentlər və müxtəlif elmi istiqamətlər üzrə təyin olunan hər bölmənin rəhbərləri iştirak etdilər.Görüşdə keçən ay Kiçik akademiyanın həyata keçirdiyi fəaliyyət planı müzakirə olundu, eyni zamanda növbəti aylarda görüləcək işlər- referatların hazırlanması, birgə elmi layihələrdə iştirak etmək və s. haqqında geniş fikir mübadiləsi aparılıdı,diskusiyalar edildi və müvafiq tövsiyələr verildi.

Ətraflı
HAQQIMIZDA

     Vizionumuz:     “ Düşünən, fikirlərini doğru arqumentlərlə ifadə edə bilən şagird yetişdirmək” 

      Missiyamız:  1. Təli...

BİZİM FƏXRLƏRİMİZ

Mehinbanu Bayramlı Ceyhun

Əli Həsənov Nazim

HAQQIMIZDA

     Vizionumuz:     “ Düşünən, fikirlərini doğru arqumentlərlə ifadə edə bilən şagird yetişdirmək” 

      Missiyamız:  1. Təli...

BİZİM FƏXRLƏRİMİZ

Mehinbanu Bayramlı Ceyhun

Əli Həsənov Nazim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi