"Kiçik Akademiya"nın növbəti təqdimatı

 Kiçik Akademiyanın fiziki tərbiyə bölməsinin idman sahəsində nailiyyətləri olan üzvlərinin növbəti toplantısı keçirildi."Dəyirmi masa"  formasında təşkil olunan görüşdə təlim-tərbiyə işləri üzrə direktor müavini K.Mirzəliyeva,Kiçik Akademiyanın  nəzarətçi rəhbəri, ingilis dili müəllimi V.Səlimova və fiziki tərbiyə müəllimi A.Xanım iştirak edirdilər.Tədbirdə cari ildə müxtəlif idman növü üzrə qazanılmış uğurlardan  danışıldı,  şagirdlərimizin   təltif olunduqları diplom,sertifikat və medallar nümayiş olundu. Xatırladaq ki,Kiçik Akademiyanın prezidenti, IX sinif şagirdi Eldar Xancanovun özü də dəfələrlə Kikboks idman növü üzrə müxtəlif nominasiyalara görə qalibiyyətlərə imza atmışdır. O cümlədən məktəbin 5a sinif şagirdi X.İlkin və 7c sinif şagirdi M.Ayxan da futbol idman növü üzrə Türkiyənin Samsun şəhərində keçirilən yarışlarda ölkəmizi təmsil edərək  II yerə layiq görülmüşlər.              İdman sahəsində nailiyyətləri olan şagirdlərimizin hər birini təbrik edir, uğurlarının bol və daimi olmasını arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi