Kiçik Akademiyanın coğrafiya fənn bloku üzvlərinin təqdimatı

  Bu gün Kiçik Akademiyanın coğrafiya fənn bloku üzvlərinin təqdimatı keçirildi. Bildiyimiz kimi, müasir dövrdə elm və texnikanın, məhsuldar qüvvələrin sürətli inkişafı yerin landşaft sferasının təbiətində əsaslı şəkildə ciddi struktur dəyişmələri yaratmışdır.Elə bu səbəbdən də antropogen landşaftların öyrənilməsinə maraq xeyli artmışdır.              Bu baxımdan  təşkil olunan görüşdə Kiçik Akademiyanın coğrafiyaçı üzvləri  "Səhralaşma, Azərbaycan antropogen və texnogen landşaftının rekultivasiyası" istiqamətində apardıqları tədqiqat işlərini,eləcə də dünya və "Azərbaycan coğrafiyasında səhralaşma,antropogen və texnogen çirklənmə və onların aradan qaldırılması yolları" mövzusunda hazırladıqları araşdırmalarını təqdim etdilər. Təqdimatları coğrafiyaçılarımızın Kiçik Akademiya fəaliyyətindəki ən böyük nailiyyətlərindən biri hesab etmək olar. Uğurlarınız davamlı olsun, əziz uşaqlar!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi