STEAM və Robotlarla Qarabağı yenidən quraq.

Kiçik Akademiyanın işinin təqdimatı... 25 noyabr Kəlbəcər şəhəri günüdür. Azərbaycan Respublikası 44 günlük vətən müharibəsində Ermənistanla Dağlıq Qarabağ münaqişəsini qələbə ilə həll etdi. Və işğal altında olan 20% torpaqlarımız geri qayıtdı. 30ildən çox işğal altında qalan dilbər guşələrimizə mənfur düşmənlərimiz minalarla basdırmış, vətənimizə ekoloji ziyan vurmuşdur. Məlumdur ki, 24 noyabr 2023cü ildə Bakı Şəhər Təhsil idarəsi tərəfindən 83 nömrəli məktəb-liseydə Kiçik Akademiyanın içinin təqdimatı keçirilmişdir. Biz də 144 nömrəli tam orta məktəb olaraq bu akademiyada iştirak etdik. Mövzu: STEAM və Robotlarla Qarabağı yenidən quraq. Bundan əlavə isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı fərmana əsasən hər il 25 noyabr Kəlbəcər şəhəri günü kimi qeyd olunur. Biz də buradan yola çıxaraq, "Ev3 mindstorms robot" dəstlərindən istifadə edib, minatəmizləyən robotlar vasitəsilə Kəlbəcər şəhərini minalardan təmizləyib, tinkercad proqramında yaşayış obyektlərini və "Dəmir yumruq" maketini dizayn edib, 3d printer qurğusunun köməyilə Kəlbəcər şəhərini yeni maketini qurduq. Hazırladığımız minatəmizləyən robot ultrasonik sensorlar vasitəsilə torpağın üstündə gəzməklə minanın olmasını əvvəlcədən bizə xəbər verir və həmin minanı torpaqdan qazıb, təhlükəsiz şəkildə çıxarır. Bundan sonra isə gəlcəkdə Qarabağın digər rayonlarını real olaraq yenidən qurmağa hazırıq. Prezident İlham Əliyevin dediyi kimi: Qarabağ Azərbaycandır!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi