Kiçik Akademiyanın növbəti iclası keçirildi

 Bildiyimiz kimi,“Kiçik Akademiya” (bundan sonra KA) yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. Bu gün,məktəbimizdə "Kiçik Akademiya" nın növbəti iclası keçirildi.Tədbirdə məktəbin təşkilatı işlər üzrə direktor müavini K.Mirzəliyeva,"Kiçik akademiya"ya təyin olunan nəzarətçi rəhbər,o cümlədən məktəbin ingilis dili müəllimi V.Səlimova,Kiçik Akademiyanın prezidenti IX sinif şagirdi Eldar Xancanov və müxtəlif sinif şagirdlərindən ibarət olan vitse prezidentlər və müxtəlif elmi istiqamətlər üzrə təyin olunan hər bölmənin rəhbərləri iştirak etdilər.Görüşdə keçən ay Kiçik akademiyanın həyata keçirdiyi fəaliyyət planı müzakirə olundu, eyni zamanda növbəti aylarda görüləcək işlər- referatların hazırlanması, birgə elmi layihələrdə iştirak etmək və s. haqqında geniş fikir mübadiləsi aparılıdı,diskusiyalar edildi və müvafiq tövsiyələr verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi