” Müdrük siyasət və Qarabag Zəfəri “ 8 a sinif şagirdi Aida XubanovaBu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında "Müdrik siyasət və Qarabağ Zəfəri “ mövzusunda iki mərhələdən ibarət referat yazı müsabiqəsi keçirilib.
Yekun konfransın qərarına uyğun olaraq təqdim olunan işlərdən xüsusi ilə fərqlənənlər seçilib və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “ Müdrik siyasət və Qarabağ Zəfəri “ adlı nəfis tərtibatlı kitab şəklində çap edilib.
Qürür vericidir ki, Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin 8 a sinif şagirdi Aida Xubanova bu müsabiqədə iştirak edib və qaliblərdən biri olub.
Bu münasibətlə Aidanı 144 ailəsi adından təbrik edir və uğurlar arzulayırıq !
RFO 11a sinfi İbrahimova NübarRespublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanan iştirakçılardan biri də məktəbimizin 11 a sinfində təhsil alan şagirdimiz İbrahimova Nübar Hafiz qızıdır.
O, Azərbaycan dili və ədəbiyyat fənninə böyük marağı, sevgisi ilə bu qalibiyyəti əldə etmişdir.Eyni zamanda, dərslikdən əlavə oxuduğu bədii kitabların sayəsində çətin sualların öhdəsindən gəlmişdir və sualları ətraflı cavablandırmışdır.
Növbəti mərhələlərdə qızımıza bol-bol uğurlar və qalibiyyət arzulayırıq.Nailiyyətlərin davamlı olsun, sevimli şagirdimiz!
“Снежная увертюра» Beynəlxalq müsabiqəsiN. Babayev adına 144 nömrəli tam orta məktəbin 7 a sinif şagirdi Mehinbanu Bayramlı Rusiya Federasiyasının Rostov- Don şəhərində 01.12.2021- ci tarixində onlayn keçirilən “Снежная увертюра» Beynəlxalq müsabiqəsində Qanun( Kanon) alətində ifa üzrə l yerə layiq görülmüşdür.
Mehinbanu qızımızı təbrik edir və müvəffəqiyyətlər arzulayırıq.Yeni nailiyyətlərini səbirsizliklə gözləyirik.