TeenEagle nəticələri elan olundu... Məktəbin VIA sinif şagirdi Sənəm Həmidova qaliblər sırasındadı.Sənəm qızımızı təbrik edir və uğurlar arzulayırıq.
TeenEagle şagirdlərin ingilis dili biliklərini ölçən bir beynəlxalq olimpiyadadır.
Bu yarışa qoşulan şagirdlərə hər il müxtəlif mövzulu əsər, kitab formasında və həmin əsərin animasiya filmi təqdim edilir.
KİTAB HAQQINDA...
Bu il təqdim olunan kitabın adı "Super Powered" idi. Kitab mövzusu olduqca fərqli idi. Hətta bir psixoloqun şəxsi qeydlərindən ibarət, psixaloji əsər də hesab etmək olar. Kitabda insanların öz duyğularını idarə etməkdən, hiss və həyəcanlarını idarə etməkdən, məntiqlə və duyğular ilə aldıqarı qərarların hansının daha uğurlu ola biləcəyi, həyati situasiyalar üzərindən izah edilirdi.
Şagirdlər bu kitabı oxumalı, filmi izləməlidir. (Hər ikisi eyni mövzuda olur)
Yarış günü şagirdlərə 60 sayda sual təqdim edilir. Sualların 30 ədədi kitaba, 30 ədədi isə filmə aid olur. 1 saat vaxt təyin edilir.
Suallar şagirdin həm faktaloji həm də prosedural biliyini ölçməyə yönələn sual tipləri olur.
Onu da qeyd edim ki, verilər suallar daha çox şagirdlərin prosedural biliyinə yönələn suallar idi.
Olimpiadada iştirak etmək şagirdlərin bu yaşda kitab oxumağına bir təkan, motivasiya, ingilis dilində film izləyib başa düşmələrinə gözəl fürsətdir.Eyni zamanda şagirdlərin beynəlxalq dərəcəli təcrübə əldə etməkləri üçün də gözəl fürsətdir.
İmtahan 2 kateqoriyada keçirilir:
6, 7, 8-ci siniflər bir (“Eaglet”), 9-10-11-ci siniflər isə digər (“Eagle”) kateqoriyada.
5-ci sinif şagirdlər 6-cı sinif kimi qeydiyyatdan keçərək “Eaglet” kateqoriyasında yarışa qoşula bilərlər.
İmtahanda bütün 5-11-ci sinif şagirdləri iştirak edə bilərlər.Lakin İngiltərədə təşkil ediləcək yay məktəbində iştirak etmək üçün şagirdlər bu imtahanda iştirak etməli və minimum 40% nəticə toplamalıdırlar.
Şagirdimiz Murad Zərbəliyev “Uşaq hüquqları tribunası” konfransındaNoyabrın 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə “Uşaq hüquqları tribunası” mövzusunda konfrans keçirilib.
BMT-nin 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş tədbirdə Türkiyənin müvafiq qurumlarının nümayəndələri və 100-dən çox uşaq iştirak edib.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra dövlət uşaq siyasətini, eləcə də uşaq iştirakçılığı sahəsində həyata keçirilən tədbirləri özündə əks etdirən videoçarx nümayiş olunub.
Konfransı açan AQUPDK-nın sədri Bahar Muradova tədbir iştirakçılarını, eləcə də qardaş Türkiyədən gələn qonaqları salamlayıb. İki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinə diqqət çəkən komitə sədri müvafiq sahədə uğurlu əməkdaşlıq əlaqələrindən danışıb.
Ölkəmizdə uşaqların hüquqlarının yüksək səviyyədə qorunduğunu, onların diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayan Bahar Muradova bildirib ki, Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə həmin Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1998-ci ildə ölkəmizdə Konvensiyanın əsas prinsiplərini özündə əks etdirən “Uşaq hüquqları haqqında” Qanun qəbul edilib və ölkədə uşaq hüquqlarının təmini məqsədilə müxtəlif istiqamətlərdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməkdədir.
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin əməkdaşı Muhammed Furkan Bilge qardaş ölkədə həyata keçirilən uşaq siyasətindən söz açıb. O, uşaq hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə komitə ilə birgə uğurlu əməkdaşlığın ölkələrimiz arasında dostluğu daha da inkişaf etdirəcəyini bildirib.
Rəsmi hissədən sonra konfrans işini uşaq hüquqları ilə bağlı mövzuları əhatə edən 4 panel iclası davam etdirib.
Rəsmi qurumların nümayəndələri “Uşaqların yaşamaq hüquqları”, “Uşaqların müdafiə hüquqları”, “Uşaqların inkişaf hüquqları” və “Uşaqların iştirak hüquqları” mövzularında fikirlərini bölüşüblər, təkliflərini səsləndiriblər
Konfransda məktəbin 11A sinif şagirdi Murad Zərbəliyevdə iştirak etmişdir.
Murada uğurlar və nailiyyətlər arzulayırıq.
Zəfər Gününə həsr olunmuş “Zəfər dastanı” adlı respublika şeir və mahnı müsabiqəsiElm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və uşaq gənclər inkişaf mərkəzinin dərnək üzvləri arasında Şanlı tariximizə qızıl hərflərlə yazılan 8 noyabr Zəfər Gününə həsr olunmuş “Zəfər dastanı” adlı respublika şeir və mahnı müsabiqəsində məktəbin 9A sinif şagirdi Aysu Məmmədli iştirak etmiş və “Təsnif və xalq mahnıları” nominasiyası üzrə II yerə layiq görülmüşdür.