Şagirdimiz Yunus İnci Bədii Gimnastika üzrə "Xəyala bir addım" adlı gimnastika yarışında I YER qalibi olmuşdur.Şagirdlərimizin uğurları...
Gənclər və İdman Nazirliyi, Azərbaycan Gimnastika Federasiyası və Grasiya İdman Klubunun təşkilatçılığı ilə keçirilən Bədii Gimnastika üzrə "Xəyala bir addım" adlı gimnastika yarışında şagirdimiz Yunus İnci
I YER qalibi olmuşdur.
Şagirdimizi təbrik edir, onun müəllim və valideynlərinə sözügedən istiqamətdə İnciyə dəstək olduqları üçün təşəkkürümüzü bildiririk.
Saf 2023 -ün FLL kateqoriyasının seçim turuBu il Saf 2023(Steam Azərbaycan Festivalı 2023)-ün FLL(First Lego League) kateqoriyasının seçim turu üçün milli və beynəlxalq(Türkiyə, Norveç, Qazaxıstan) komandaları olmaqla ümumi 200-ə yaxın komanda öz bacarıqlarını nümayiş etdirdi. Keçirilmiş seçim turunda məktəbin 2 komandası: “Lego Desert” və” Mysterious Team“iştirak etmişdir. Hər iki komanda seçim turu üçün böyük əzmkarlıq və həvəs göstərmişdir. Keçirilən seçim turunda “Lego Desert” komandası 34-cü yerə layiq görülmüşdür.
Komandalarımızı təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik. Siz dəyərli 144 ailəsinin əzmkar qaliblərindənsiniz.
Şagirdimiz Fatimə Rəsulzadənin uğuruMükafatlandırıldıq...
"Fövqəladə hallar uşaqların gözü ilə" XI respublika uşaq yaradıcılıq müsabiqəsində "Əl işi" nominasiyası üzrə III yer qalibi.