Nailiyyətlərimiz

“ Hekayəni paylaş” videotəqdimat müsabiqəsində məktəbimizin Xa sinif şagirdi Fikrət Əliyev iştirakı   Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən “Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsi və “Hekayəni paylaş” videotəqdimat müsabiqəsi qalibləri mükafatlandırılıb.       Mükafatlandırma mərasimində BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, müsabiqədə qalib gələn şagirdlər, direktorlar və müəllimlər iştirak ediblər.        Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.       Hər iki müsabiqə üzrə qalibləri təbrik edən BŞTİ-nin müdiri M.Vəliyeva tədris ili ərzində istedadlı şagirdlərin seçilib müəyyənləşdirilməsi istiqamətində Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bir çox layihə və müsabiqələrin həyata keçirildiyini söyləyib. İdarə müdiri bildirib ki, “Qarabağı tanıt”, “Hekayəni paylaş” kimi müsabiqələr məktəblilər arasında sağlam rəqabət mühiti yaradır, şagirdlərin istedad və bacarıqlarını üzə çıxarmağa kömək edir.       Daha sonra hər iki müsabiqə üzrə I, II və III yerin qaliblərinə diplomlar təqdim olunub, həvəsləndirici yerlərə layiq görülən məktəblilər Tərifnamə, digərləri isə müxtəlif nominasiyalar üzrə Təşəkkürnamələrlə təltif ediliblər.        Şagirdlər göstərilən diqqət və qayğıya görə BŞTİ rəhbərliyinə təşəkkürlərini bildiriblər.Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.    “ Hekayəni paylaş” videotəqdimat müsabiqəsində məktəbimizin Xa sinif şagirdi Fikrət Əliyev iştirak etmiş və Təşəkkürnamə ilə təltif olunmuşdur. Tədbirin ədəbi-bədii hissəsində Fikrət “ Sway” mahnısını ifa etmiş və ifası ilə tədbir iştirakçılarını heyran qoymuşdur.    Fikrətin timsalında bütün qalib iştirakçıları təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq.

Lütfi Zadə məntiq olimpiadasının final mərhələsiMəktəblilərarası Lütfi Zadə adına məntiq olimpiadasının nəticələri elan olundu.Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin 5 B sinif şagirdi Sona Əsgərova isə Lütfü Zadə adına məntiq olimpiadasında gümüş medal qazanmışlar.

VII Respublika Fənn Müsabiqəsi final mərhələsiMəktəblilərarası VII Respublika Fənn Müsabiqəsinin final mərhələsinin nəticələri elan olundu. Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin 6 B sinif şagirdi Məryəm Rəsulzadə Fənn müsabiqəsində gümüş medal qazanmışdır.

HAQQIMIZDA

     Vizionumuz:     “ Düşünən, fikirlərini doğru arqumentlərlə ifadə edə bilən şagird yetişdirmək” 

      Missiyamız:  1. Təli...

BİZİM FƏXRLƏRİMİZ

Məryəm Rəsulzadə Vüqar

Nərmin Həsənli Müşfiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi