Nailiyyətlərimiz

“Biliyini paylaş” layihəsinin iştirakçısı 144 nömrəli məktəbin aktiv müəllimi Lütviyyə Yolçiyeva mükafatlandırılmışdır.Məktəbimizin gənc, istedadlı müəllimi Lütviyyə müəllim "Biliyini Paylaş " layihəsində öz komandası ilə birlikdə uğurla iştirak etmişdir. Komanda tərkibi 30 nömrəli, 7 nömrəli, 144 nömrəli məktəbin aktiv müəllimlərindən ibarət olmuşdur. Bütün komanda üzvlərini ürəkdən təbrik edirəm.  “Biliyini paylaş” layihəsinin iştirakçıları təltif olunub Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş “Biliyini paylaş” layihəsinin iştirakçıları mükafatlandırılıb. Mükafatlandırma tədbirində BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, layihənin iştirakçısı olan mentor müəllimlər iştirak ediblər.

Şagirdimiz İlkin "Zəfər Günü" nə həsr olunmuş şahmat turnirində II yer qalibi olub.Dəyərli şagirdimiz İlkin medal sayını artırıb. O, "Zəfər Günü" nə həsr olunmuş şahmat turnirində II yer qalibi olub. P.s Bu sahədə onun bir çox diplomları I yer qalibiyyətinə görə olub, bu dəfə 2-ci yerə layiq görülməyi onun həvəsdən salmamağı üçün İlkin ilə xüsusi görüşüb, bu qalibiyyətinin də bizim üçün nə qədər dəyərli olduğunu bildirdik

Məktəbimizin 11A sinif şagirdləri 100% qəbul nəticəsi ilə hər birimizi sevindirdi.Qeyd edim ki, 11A sinfi 17 nəfərdən ibarət, "Texniki və riyaziyyat-iqtisadiyyat" təmayüllü sinif idi. Sinif rəhbərləri Vəsmiyə müəllimə çox təşəkkür edirəm. Onun zəhməti danılmazdır. Vəsmiyə Aslanova Bəzən belə fikir səslənir ki, "bu repititorların zəhmətinin nəticəsidir". Lakin mən bunu belə hesab etmirəm. Bəli, repititorların da burada zəhməti var, amma bünövrəsi məktəbdə düzgün qoyulmayan, məktəb bilikləri olmayan şagird üçün repititor zəhməti aciz qalır. Mən uzun illər riyaziyyat fənni üzrə repititor kimi də fəaliyyət göstərmişəm və öz praktikama əsasən deyə bilərəm ki, məktəbdə bilik öyrədilməyən şagird üçün repititor heç nə edə bilmir. Sadəcə elementar bilik öyrədə bilir ki, bu da çox zaman universitet qəbulu üçün yetərli bilik hesab edilmir. Elə buna görə də bu ilki universitet qəbulu nəticələrinə görə məktəbin müəllimlərinə öz təşəkkürümü bildirirəm

HAQQIMIZDA

     Vizionumuz:     “ Düşünən, fikirlərini doğru arqumentlərlə ifadə edə bilən şagird yetişdirmək” 

      Missiyamız:  1. Təli...

BİZİM FƏXRLƏRİMİZ

Mehman Hacıyev Məhəmmədəli

Yusif Abdullayev Oqtay

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi