I Qrant müsabiqəsiTəhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin ümumi təhsil müəssisələri kateqoriyası üzrə məktəbimiz "Tədrisin keyfiyyətinin yüksəldilməsində məktəblərarası əməkdaşlığın əhəmiyyəti” layihəsi ilə qalib olmuşdur.
V sinif şagirdi Çexiyada Qran Pri mükafatı qazandı26.11.2017-ci il tarixdə məktəbin V sinif şagirdi Fikrət Əliyev Çexiyada vokal sənəti üzrə keçirilən beynəlxalq müsabiqədə uğurla iştirak etmişdir. O, bütün turlardan müvəffəqiyyətlə keçərək finala çıxmışdır. Sonda da o, ən yüksək mükafata - Qran Pri mükafata layiq görülmüşdür. Qeyd edək ki, bu Fikrətin ilk uğuru deyil. O bundan əvvəlllər də bir sıra yerli və beynəlxalq müsabiqələrdə müvəffəqiyyətlə çıxış edərək qalib olmuşdur. Növbəti uğuru münasibəti ilə Fikrəti təbrik edirik.
Quliyev Əli beynəlxalq futbol turnurunun qalibi olmuşdurBakı şəhəri Namiq Babayev adına 144 nömrəli tam orta məktəbin IV sinif şagirdi Quliyev Əli Aydın oğlu 20.11.2017-05.12.2017-ci il tarixlərində Türkiyənin Nevşehir şəhərində keçirilmiş beynəlxalq futbol turnirində "Təhsil" yığma komandasının tərkibində uğurla çıxış edərək qalib adını qazanmışdır.