Məktəblilərin respublika çempionatı” nın zona mərhələsində məktəbimizin 4c sinif şagirdi Əskinaz Verdiyeva cudo döyüş növü üzrə öz çəkisində rəqiblərinə qalib gələrək final mərhələsinə yüksəlmiş və qızıl medalla təltif olunaraq növbəti mərhələyə vəsiqəÜmumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi , fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, şagirdlər arasında sağlam və aktiv həyat tərzinin təşviqi, sinifdənxaric və məktəbdənkənar işin yaxşılaşdırılması , idmançıların yarış təcrübələrinin artırılması,olimpiya idman komplekslərindən və idman bazalarından səmərəli istifadənin təmin edilməsi məqsədilə FHN İSM - də “ Məktəblilərin respublika çempionatı” nın zona mərhələsində məktəbimizin 4c sinif şagirdi Əskinaz Verdiyeva cudo döyüş növü üzrə öz çəkisində rəqiblərinə qalib gələrək final mərhələsinə yüksəlmiş və qızıl medalla təltif olunaraq növbəti mərhələyə vəsiqə qazanmışdır.
Bu münasibətlə balaca idmançımızı təbrik edir və daha böyük uğurlara imza atmağını arzulayırıq.
“FIRST Lego League Challenge 2024” Azərbaycan turnirinin final mərhələsinndə "Cəlbedici komanda" nominasiyası üzrə birinci yerin qalibi 144 nömrəli məktəbin Lego Desert komandası oldu.Biz bu gün qalibik...
“FIRST Lego League Challenge 2024” Azərbaycan turnirinin final mərhələsinndə "Cəlbedici komanda" nominasiyası üzrə birinci yerin qalibi 144 nömrəli məktəbin Lego Desert komandası oldu.
Martın 7-də STEAM İnnovasiya Mərkəzində "FIRST Lego League Challenge 2024" Azərbaycan turnirinin qaliblərinin təltif etməsi mərasimi keçirilib.
*
Ölkə turnirinin final mərhələsində müxtəlif regionlardan olan 43 komanda yarışıb.
Qeyd edək ki, turnirin qalibi 17-20 aprel 2024-cü il tarixlərində ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək "FIRST Lego League Challenge” Dünya Çempionatında ölkəmizi təmsil etmək hüququnu qazanıb.
*
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikasının Təhsil İnstitutu
Bilim Kahramanları Derneği
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Bakü Türk Anadolu Lisesi
MƏKTƏBİN UĞURLARINDAN...MƏKTƏBİN UĞURLARINDAN...
Bu gün məktəb kollektivi olaraq aldığımız bir neçə xoş xəbərə sevindik.
Belə ki, Respublika Fənn Olimpiyadası (RFO) və "BEBRAS" İnformatika və Alqoritmik Düşüncə yarışmasında 6 nəfər şagirdimiz FİNAL mərhələsində iştirak hüququ qazanmışlar.
RFO üzrə bir şagirdimiz BİOLOGİYA, bir şagirdimiz isə İNFORMATİKA fənni üzrə yüksək nəticə ilə finala çıxmışdır.
1. Əhmədzadə Turqay 8A sinfi- İNFORMATİKA fənni
2. Vəkilova Aişə 8B sinfi- BİOLOGİYA fənni.
Müəllimləri Fəzilə müəllimə, Adilə müəllimə və valideynlərinə təşəkkürümü bildirirəm.
BEBRAS yarışması üzrə isə nəticələrimiz ən yüksəkdir. 4 nəfər şagirddən 3 nəfəri maksimum bal toplamışdır.