Nailiyyətlərimiz

Abbasova Ayan – 8b sinif şagirdi-kiçik rəssamAbbasova Ayan hal-hazırda məktəbimizin 8-ci sinfində oxuyur. Ayan 2011-ci ilin aprel ayında Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi “Müstəqil Azərbaycanım” adlı müsabiqəyə “Sabahı nurlu Azərbaycanım” adlı müsabiqəyə qatılmış, Fəxri Fərmanla təltif olunmuşdur. 16 noyabr 2011-ci ildə keçirilən Azərbaycan Respublikası Uşaqlarının II Forumuna nümayəndə seçilmiş və o forumda iştirak etmişdir. 2011-ci il 24 noyabr tarixində Bakı Şəhəri Təhsil İdarəsi tərəfindən keçirilən əl işləri və tətbiqi sənət üzrə keçirilən müsabiqədə I yer tutmuşdur. 9 dekabr 2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən Respublika müsabiqəsində “Dekorativ tətbiqi sənət” nominasiyasında II yeri tutmuşdur. Daha sonra 2014-cü ildə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin “Xocalı qan yaddaşımız” adlı rəsm müsabiqəsində Fəxri Fərmanla təltif olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi “Heydər Əliyev-90” rəsm və dekorativ-tətbiqi sənət nominasiyasında 2-ci yeri tutmuş, pul mükafatı almışdır. Ayan eyni zamanda 2011-ci ildən Fikrət Əmirov adına 6 nömrəli onbirillik Uşaq İncəsənət məktəbinin Rəssamlıq ixtisası üzrə təhsil alır.

Surxay Nazim oğlu NadirzadəMəktəbdə oxuduğu illər ərzində müxtəlif rəsm müsabiqələrində, tədbirlərdə iştirak edir. İlk uğuru 2012-ci ildə IV sinifdə oxuyarkən olub. 20 Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə keçirilmiş rəsm müsabiqəsində II yer tutur və diplom alır. Bu həmişə övladının addım-addım irəliləməsi, həyatda özünəməxsus yer tutması üçün çalışan ata-ana üçün ilk qalibiyyət sevinci idi. Bunun ardınca 2012-ci il sentyabrın 21-də yenidən rəsm müsabiqəsində iştirak edir. Beynəlxalq Sülh Günü münasibətilə ombudsmanın təşəbbüsü ilə keçirilmiş “Mən sülh elçisiyəm” adlı müsabiqədə sertfikatla təltif olunur. Həmin il 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə keçirilən “Bayrağımız qürur mənbəyimizdir” adlı rəsm müsabiqəsində iştirak edir və 2013-cü ildə yenidən bu müsabiqədə iştirak etmək üçün dəvət alır. 2013-cü ildə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilən rəsm müsabiqəsində III yer tutur və yenə də diplomla təltif olunur. 2014-cü il aprel ayında İncəsənət Qalereyasında Hollandiya kralının doğum günü münasibətilə təşkil olunan müsabiqədə iştirak edir və sertifikat alır. Mayın 10-da Binəqədi rayonu üzrə keçirilən Gül bayramında iştirak edir. Çəkdiyi rəsm əsərləri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən bəyənilir. İyunun 1-də Binəqədi rayonunun Zərifə Əliyeva parkında Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən tədbirdə iştirak edir. Finca Azərbaycanın təşkilatçılığı ilə keçirilən bu tədbirdə Surxayın rəsm əsərləri sərgilənir və asfalt üzərində şəkil çəkir. Finca Bankın Facebook səhifələrində şəkilləri yer alır. Az.TV və Xəzər TV telekanalları tərəfindən televiziyaya çəkilir.

11a sinif şagirdi Əminə Elxan qızı Məmmədova-“Mənim sevimli müəllimim” mövzusunda onlayn esse-yazı müsabiqəsi qalibiBinəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 05 Oktyabr-“Beynəlxalq Müəllimlər günü” münasibətilə “Mənim sevimli müəllimim” mövzusunda onlayn esse-yazı müsabiqəsi keçirilmişdir. Elektron formada müsabiqəyə 64 esse-yazı təqdim olunmuşdur. Müsabiqənin nəticələrinə görə 144 № li tam orta məktəbin 11a sinif şagirdi Əminə Elxan qızı Məmmədova I yerə layiq görülmüşdür.

HAQQIMIZDA

     Vizionumuz:     “ Düşünən, fikirlərini doğru arqumentlərlə ifadə edə bilən şagird yetişdirmək” 

      Missiyamız:  1. Təli...

BİZİM FƏXRLƏRİMİZ

Mehinbanu Bayramlı Ceyhun

Əli Həsənov Nazim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi