Nailiyyətlərimiz

Məktəbin şagirdləri Kövsər Qurban və İnci Qurban bacılarının uğurlarıMəktəbin 4ç sinif şagirdi Kövsər Qurban və 1a sinif şagirdi İnci Qurban bacıları Respublika üzrə Məktəblilər üçün II Oxuyan Uşaq Müsabiqəsində 1-ci yerin qalibi oldular. Hazırladıqları "Xarıbülbülün Nağılı" təqdimat videoçarx ilə 3 alma Nəşriyyat evi və Libraff Mağazalar Şəbəkəsindən Diplom və pul mükafatı qazandılar. Qaliblərə Mükafatı uşaq yazıçısı Zahid Xəlil təqdim etdi.

Məktəbin şagirdi Əlizadə Hüseyn Elvin oğlunun uğuruMəktəbin 1ç sinif şagirdi Əlizadə Hüseyn Elvin oğlu Zəfər gününə həsr olunmuş Cüdo üzrə Əhmədli İ. K. açıq birinciliyində 2017-ci il təvəllüdlü cüdoçular arasında 19 kq çəki dərəcəsində 1-ci yerə layiq görüldüyünə görə diplom və medalla təltif olunub. Biz də məktəbin rəhbərliyi və müəllim kollektivi olaraq öz növbəmizdə qalib şagirdimizi bu yarışda qazandığı uğurları münasibətilə ürəkdən təbrik edir və ona daha böyük uğurlara imza atmasını, məktəbimizin idman şərəfini daha uca zirvələrə qaldırmasını arzu edirik!

Məktəbin şagirdi Qarabəyov Emil Zaur oğlunun uğuruMəktəbin 6a sinif şagirdi Qarabəyov Emil Zaur oğlu kikboks idman növü üzrə Respublika çempionatında 37 kq çəki dərəcəsində I yerin qalibi olaraq Respublika çempionu oldu. Biz də məktəbin rəhbərliyi və müəllim kollektivi olaraq öz növbəmizdə qalib şagirdimizi bu yarışda qazandığı uğurları münasibətilə ürəkdən təbrik edir və ona daha böyük uğurlara imza atmasını, məktəbimizin idman şərəfini daha uca zirvələrə qaldırmasını arzu edirik!

HAQQIMIZDA

Xalqın elmi, mədəni səviyyəsinin yüksəldilməsində maarif və mədəniyyət ocaqlarının ...

BİZİM FƏXRLƏRİMİZ

Qədir Məmmədli Ceyhun

Anar Hüseynzadə Mahir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi