Nailiyyətlərimiz

Məktəbin şagirdi Kövsər Qurban Orxan qızının SAF 2023-də iştirakıMəktəbin 4"ç" sinif şagirdi Kövsər Qurban Orxan qızı, 16 N-li THL Texniki Humanitar Liseyin 7"a" sinif şagirdi Səbirə Həsənli ilə birgə "Green Girls" qrupu olaraq SAF 2023 Olimpiadasında VidX kateqoriyasında hazırladıqları animasiya ilə Finala vəsiqə qazanıblar. 5000 iştirakçı içində sadəcə 868 yerli və 159 xarici iştirakçı Finalçı olub. 4-8 Dekabr SAF Olimpiadası baş tutacaq.

Məktəbin şagirdi Məmmədov Azər Azad oğlunun uğuruMəktəbin 10d sinif şagirdi Məmmədov Azər Azad oğlu Fateh güləşi və əlbəyaxa döyüş mərkəzinin Klublar arası keçirilən açıq birinciliyin sərbəst güləşində 57 kq çəki dərəcəsində bacarıq göstərərək I yerə layiq görülmüşdür. Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.

Məktəbin şagirdi Kövsər Qurban Orxan qızının uğuruMəktəbin 4"ç" sinif şagirdi Kövsər Qurban Orxan qızı Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi və BP şirkətinin təşkilatçılığı və dəstəyi ilə keçirilən UİF - 1-ci Respublika Uşaq İncəsənət Festivalının Rəssamlıq nominasiyası üzrə 2-ci yerə layiq görüldü. Mükafatlandırma və Bağlanış Mərasimi 13 noyabr Heydər Əliyev Mərkəzində baş tutdu. Kövsər H.Əliyevin 100 illiyinə həsr edilən Festivalda Təşkilatçılar tərəfindən Diplom, Gümüş pin, Hədiyyələr və pul mükafatı ilə təltif edildi. Şagirdimizi bu uğuru münasibətilə pedaqoji və şagird kollektivi adından ürəkdən təbrik edirik.

HAQQIMIZDA

Xalqın elmi, mədəni səviyyəsinin yüksəldilməsində maarif və mədəniyyət ocaqlarının ...

BİZİM FƏXRLƏRİMİZ

Osman Mahmud Xəyal

Riyad Şirəliyev Oqtay

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi