HAQQIMIZDA

Xalqın elmi, mədəni səviyyəsinin yüksəldilməsində maarif və mədəniyyət ocaqlarının böyük rol oynadığını gözəl bilən H.Əliyev 1969-cu ildə hakimiyyətə gələn kimi respublika ərazisində çoxlu sayda kitabxana, klub, muzey və ümumtəhsil məktəblərinin tikilib istifadəyə verilməsi haqqında sərəncam imzaladı. 1969-cu ildə tikilib istifadəyə verilən məktəblər sırasında Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində tikilmiş 116 nömrəli tam orta məktəb də vardı. Geniş və işıqlı məktəb vətən övladlarına doğma ana dilində təlim-tərbiyə verirdi. Əvvəllər məktəb iki növbəli iş rejimində işləyirdi. 2008-ci ildə ikinci tədris korpusu tikilib istifadəyə verildikdən sonra məktəb bir növbəli iş rejiminə keçib. Məktəb çox savadlı, təcrübəli və bacarıqlı pedaqoji kollektivə malikdir. Məktəb ilk vaxtlar 116 nömrəli tam orta məktəb adlandırılsa da, hal-hazırda məktəb mərd, cəsur, bu məktəbin coğrafiya müəllimi, Qarabağ müharibəsində şəhid olmuş Murad Hacıyevin adını daşıyır.

Ümumi sahəsi 19441.5 m2 olan üçmərtəbəli binada geniş və işıqlı sinif otaqları,  müxtəlif fənn kabinetləri var. Məktəbin üçmərtəbəli binası əsas və yardımçı korpuslardan ibarətdir. Məktəb 2011-ci ildə əsaslı təmir olunub. Yenidənqurma işləri zamanı bütün sinif otaqları, laboratoriyalar, idman və akt zalları, eləcə də digər xidmət otaqları əsaslı şəkildə təmir edilib. Təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün yeni avadanlıqlar quraşdırılıb. Məktəbin 1 kimya, 1 fizika, 1 biologiya, 4 informatika (98 kompüter var) kabinetləri və laboratoriyaları müasir avadanlıqla təchiz edilib. Burada şagirdlər zəngin ədəbiyyat fondu olan kitabxanadan istifadə edirlər. Məktəbdə 2016-2017-ci tədris ilində 1000 nəfər şagird+ 46 nəfər məktəbəhazırlıq təhsil alırdısa, hal-hazırda məktəbdə 1269 nəfər şagird +84 nəfər məktəbəhazırlıq təhsil alır. 2016-2017-ci tədris ilindən məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan dili üzrə aparılır. Təhsil müəssisəsində 92 nəfəri pedaqoji işçi olmaqla, ümumilikdə, 118 nəfər əməkdaş çalışır. Burada pedaqoji kollektivin fəaliyyət göstərməsi və şagirdlərin müasir tələblərə cavab verəcək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Dərslər müasir texnologiyaya əsaslanır. Belə ki, son dövrlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəblərə tətbiq olunan Rəqəmsal bacarıqlar, STEAM, Pilot dərsliklər, Təbiət elmləri layihələri məktəbimizdə icra olunur.  Məktəb olaraq istedadlı şagirdlərin aşkar edilməsi, şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, istedadı və hazırlığı ilə seçilən şagirdlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şəraitin yaradılması, beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizəd şagirdlərin müəyyən edilməsi məqsədilə respublika fənn olimpiadalarına, Lütfizadə adına məntiq olimpiadasına, “Sabahın alimləri” Respublika müsabiqəsinə şagirdlərin hazırlanması və iştirakını təmin etmişik. Bunun nəticəsi olaraq respublika fənn olimpiadasında məktəbin məzunu olmuş Məmmədli Qədir Ceyhun oğlu 2017-ci ildə Azərbaycan tarixi fənnindən 2-ci yerə, Məmmədov Azər Hüseyn oğlu 2018-ci ildə coğrafiya fənnindən 3-cü yerə, Hüseyn Filiz Nəbi qızı isə fənn müsabiqəsinin final mərhələsində riyaziyyat fənnindən II yerə layiq görülmüşdür. Məktəbimizin IX a sinif şagirdi Şirəliyev Riyad Oqtay oğlu Taekvondo üzrə Qəbələ şəhərində keçirilən "Koreya Səfiri kuboku" yarışmasında I yer, Yunanıstanın Afina şəhərində "Prezident kuboku" yarışmasında I yer, Bolqarıstanın Sofiya şəhərində "Açıq birinciliyi" yarışmasında I yer, Türkiyənin Antalya şəhərində "Avropa Çempionatı" yarışmasında II yer, Misirin Şarm El Şeyx şəhərində "Dünya birinciliyi" yarışmasında  III yer tutmuşdur. 2019–cu ildə Koreya Səfirliyinin Taekvando üzrə Dünya Çempionluq Kupasında çıxışına görə III yerə layiq görülüb. Gürcüstanda keçirilən Kyokşin Karate üzrə Beynəlxalq Qafqaz kuboku yarışında məktəbimizin VIII sinif şagirdi Hacıyev Rüfət Səxavət oğlu erməniyə qalib gələrək birinci yerə çıxmışdır. Kubok, qızıl medal və diplomla təltif olunmuşdur. VIIIa sinfi Rüfət Hacıyev, Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş Kyokşin Karate üzrə 6 ölkənin iştirak etdiyi beynəlxalq turnirdə qalib olmuşdur. İran İslam Respublikasının Mazandaran şəhərində keçirilən Kyokuşin Karate üzrə Beynəlxalq Çempionat turnirində məktəbimizin VIII sinif şagirdi Hacıyev Rüfət Səxavət oğlu III yerə layiq görüldüyünə görə diplom, kubok və medalla təltif olunub. Beynəlxalq İko Matsuşima Karate Kyokşin Kaykan təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən keçirilən Beynəlxalq Kyokşin Karate-do üzrə açıq yarışda I yerlə mükafatlanmışdır. IVd sinif şagirdi Lalə Mirkamal Tural qızı, Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş Kyokşin Karate üzrə 6 ölkənin iştirak etdiyi beynəlxalq turnirdə qalib olmuşdur. Vb sinif şagirdi Vəkilova Xədicə Namiq qızı, Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş Kyokşin Karate üzrə 6 ölkənin iştirak etdiyi beynəlxalq turnirdə qalib olmuşdur..

Təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaq məqsədilə Azərbaycan RespublikasıTəhsil Nazirinin 2017-ci il 4 avqust tarixli 236 nömrəli əmrinə əsasən 15 avqust – 10 sentyabr 2017-ci il tarixləri arasında Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrin həyata keçirilməsinə başlanıldı. Bizim məktəb də 23 may 2018-ci ildə təşkil olunmuş ''Təhsildə inkişaf  və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində (Keçmiş ilin məktəbi) Şagird-Mentor layihəsi” ilə iştirak etmiş və qalib olmuşdur. Layihənin məqsədi şagirdlərin daha yaxşı təhsil almaları üçün zəif nəticə göstərən şagirdlərə yardım etməkdir. Layihənin məqsədinə uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr tələbələrinin iştirakı ilə təhsildə geri qalan şagirdlərin inkişafına köməklik göstərildi. Məktəbimizin Vlll sinif şagirdi Elman İsmayıl Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Kapital bankın dəstəyi ilə Vl-lX- cu sinif şagirdləri arasında keçirilən Nə? Harada? Nə zaman? oyunu üzrə rus dilində keçirilən "Bahar " onlayn turnirində "Oгни Ваку" komandasının üzvü kimi iştirak etmiş, qalib gələrək l dərəcəli diplom və medalla təltif olunmuşdur.  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib. Məktəbimizin "Gənc Kimyaçılar" komandası müvəffəqiyyət qazanaraq III mərhələdə iştirak etmək hüququ qazanıblar. Azərbaycan dövlətinin qurucusu dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən "Ən yaxşı təqdimat müsabiqəsi"ndə məktəbimizi IX sinif şagirdi Qəniyeva Nastya qalib gələrək Respublika üzrə I yerə layiq görülmüş, I dərəcəli diplomla təltif edilmişdir. Təhsil naziri Emin Əmrullayev qalibləri təbrik edib, Bakı Şəhəri Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyeva məktəbə təşəkkür məktubu ünvanlamışdır. Məktəbin 2ç sinif şagirdi Kövsər Qurban Orxan qızı HKIMO (Hong Kong International Mathematic Olympiad) Hong Kong Beynəlxalq Riyaziyyat Olimpiadası /respublika üzrə heat round – “Bürünc Medal" və Beynəlxalq Finala vəsiqə qazanmışdır. (HKİMO Təşkilatının Azərbaycan düstribüturluğu) (Hong Kong - Azərbaycan).                                                                                                        

2018-2019-cu tədris ilində məzunlarımızın 76%-i, 2019-2020-ci tədris ilində 75%-i, 2020-2021-ci tədris ilində 93%-i ali məktəbə qəbul olmuşdur. 2018-2019-cu tədris ilində 3 nəfər, 2019-2020-ci tədris ilində 2 nəfər Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında 600 - dən çox bal toplamışlar. 1989-cu ildən bəri ilk dəfə olaraq 2018-ci ildə məktəbin məzunu olmuş Məmmədli Qədir Ceyhun oğlu məktəbi qızıl medalla bitirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi