Nailiyyətlərimiz

Məktəbin şagirdi Kövsər Qurban Orxan qızının uğuruMəktəbin 4"ç" sinif şagirdi Kövsər Qurban Orxan qızı, 16 fevral Mədəniyyət TV-nin "Səhərçağı" verilişinin canlı yayımında qonaq olmuşdur. Şöhrət ordenli sevimli Xalq rəssamı Arif Hüseynovun Cırtdan nağılı illüstrasiyası əsasında çəkdiyi "Cırtdan və Dostları" rəsmini təqdim etdi. Xalq Rəssamı Arif Hüseynov, verilişin aparıcıları Rəşad İlyasov və Səbinə Öz Kövsərin rəsmini böyük rəğbətlə qarşılayıb.

“Fövqəladə hallar uşaqların gözü ilə” XI Respublika uşaq yaradıcılıq müsabiqəsinin mükafatlandırma mərasimi keçirilibDekabrın 28-də Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” XI Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov və nazirliklərin məsul şəxsləri iştirak ediblər. Məktəbin 4"ç" sinif şagirdi Kövsər Qurban Orxan qızı Əl işi nominasiyasında "Cəsur Ürəklər" əsəri ilə 1-ci yerin qalibi seçilmiş və Cənab Nazirlər tərəfindən Fəxri Fərman və Qiymətli Hədiyyələrlə təltif edilmişdir.

Məktəbin şagirdi Əlizadə Hüseyn Elvin oğlunun uğuruMəktəbin 1ç sinif şagirdi Əlizadə Hüseyn Elvin oğlu 23.12.2023-ci il tarixdə VII uşaq Paralimpiya oyunlarında Cüdo idman növü üzrə 21 kq çəki dərəcəsində Respublika 1-cisi oldu. Biz də məktəbin rəhbərliyi və müəllim kollektivi olaraq öz növbəmizdə qalib şagirdimizi bu yarışda qazandığı uğurları münasibətilə ürəkdən təbrik edir və ona daha böyük uğurlara imza atmasını, məktəbimizin idman şərəfini daha uca zirvələrə qaldırmasını arzu edirik!

HAQQIMIZDA

Xalqın elmi, mədəni səviyyəsinin yüksəldilməsində maarif və mədəniyyət ocaqlarının ...

BİZİM FƏXRLƏRİMİZ

Anar Hüseynzadə Mahir

Fidan Abdullayeva Rauf

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi