Nailiyyətlərimiz

Məktəbin şagirdi Kövsər Qurban Orxan qızının uğuruMəktəbin 4"ç" sinif şagirdi Kövsər Qurban Orxan qızı 14 noyabr 9-cu Beynəlxalq Bakı Kitab Sərgisində Firudin bəy Köçərlinin 160 illiyinə həsr edilən "Balalara Hədiyyə" adlı kitabın təqdimatında iştirak etdi. Kitabdakı 3 illüstrasiya balaca rəssam Kövsər Qurbana aiddir. İllüstrasiyalar "Pıspısa xanım və Siçan bəy" hekayəsinə çəkilmişdir.

“Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi14 noyabr 2023-cü il tarixində Şanlı tariximizə qızıl hərflərlə yazılan 8 noyabr Zəfər Gününə həsr olunmuş “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsi qaliblərinin təltifi və yekun konserti keçirildi. “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsində 900-dən artıq şagird iştirak etmişdir. İfa müsabiqəsində nazirlik sistemində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 580 məktəb - 771 şagird, uşaq-gənclər inkişaf mərkəzlərindən isə 41 müəssisə olmaqla 180 şagird iştirak etmişdir. Qeyd edək ki, tədbirdə Elm və Təhsil Nazirliyi Məktəbdənkənar Fəaliyyətin Təşkili Şöbəsinin Baş məsləhətçisi Maral Salmanova, Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə xanım, şəhid İzzət Həmidovun anası Vəfa xanım, qazi Faiq Bədəlov, Əlimusa İsmayılov, Qalib Talıbov, Əsgərov Ramil, Ersun Vəliyev, Elçin Qasımov və digər qonaqlar iştirak edirdi. Bu müsabiqədə məktəbin 11b sinif şagirdi Babaxanova Fidan Fuad qızı “şeir” nominasiyası üzrə 15-18 yaş qrupları arasında I yerə layiq görüldü. Şagirdimizi bu münasibət ilə pedaqoji və şagird kollektivi adından ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

Məktəbin "Şanlı Bayrağım" adlı bədii qiraət müsabiqəsindəki uğurlarıGənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər İdman İdarəsinin dəstəyi ilə "9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü" münasibətilə keçirilən "Şanlı Bayrağım" adlı bədii qiraət müsabiqəsinin Xətai rayon mərhələsində 15-17 yaş qrupu üzrə XI sinif şagirdimiz Babaxanova Fidan Fuad qızı, 11-14 yaş qrupu üzrə VIl sinif şagirdimiz Mamayeva Əsra Elfaq qızı ll yer tutaraq diplomla təltif olunmuşdur. Məktəb kollektivi adından hər iki şagirdimizi təbrik edir, növbəti mərhələlərdə uğurlar arzulayırıq.

HAQQIMIZDA

Xalqın elmi, mədəni səviyyəsinin yüksəldilməsində maarif və mədəniyyət ocaqlarının ...

BİZİM FƏXRLƏRİMİZ

Rafael Mustafayev Elşən

Nəzrin Ağalarzadə Cəlal

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi