Nailiyyətlərimiz

Məktəbin şagirdi Mustafayev Rafael Elşən oğlunun uğuruMəktəbin 4d sinif şagirdi Mustafayev Rafael Elşən oğlu Bakı şəhərində Fullkontakt Kyokuşin Karate Federasiyanın təşkil etdiyi ÖLKƏ BİRİNCİLİYİ üzrə 10-11 yaş arasında keçirilən yarışlarda 35 kq çəki dərəcəsində I yerə layiq görülmüş, diplom və medalla təltif olunmuşdur. Biz də məktəbin rəhbərliyi və müəllim kollektivi olaraq öz növbəmizdə qalib şagirdimizi bu yarışda qazandığı uğurları münasibətilə ürəkdən təbrik edir və ona daha böyük uğurlara imza atmasını, məktəbimizin idman şərəfini daha uca zirvələrə qaldırmasını arzu edirik!

Məktəbin şagirdi Əliyev Əli Əlvan oğlunun uğuruMəktəbin 9a sinif şagirdi Əliyev Əli Əlvan oğlu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında cüdo idman növü üzrə açıq Bakı turnirində 42 kq çəki dərəcəsində I yerə görüldüyü üçün diplom və medalla təltif olunmuşdur. Biz də məktəbin rəhbərliyi və müəllim kollektivi olaraq öz növbəmizdə qalib şagirdimizi bu yarışda qazandığı uğurları münasibətilə ürəkdən təbrik edir və ona daha böyük uğurlara imza atmasını, məktəbimizin idman şərəfini daha uca zirvələrə qaldırmasını arzu edirik!

Şagirdimiz Rəhimli Hüseyn Vaqif oğlunun uğuruMəktəbin 6b sinif şagirdi Rəhimli Hüseyn Vaqif oğlu "Təhsil RIM" PHŞ-nin Gəncə şəhər 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş karate-do idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında açıq birinciliyində 40 kq çəki dərəcəsində II yerin qalibi olmuş və diplomla mükafatlandırılmışdır. Məktəb kollektivi olaraq şagirdimizi təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq.

HAQQIMIZDA

Xalqın elmi, mədəni səviyyəsinin yüksəldilməsində maarif və mədəniyyət ocaqlarının ...

BİZİM FƏXRLƏRİMİZ

Rüfət Hacıyev Səxavət

Kövsər Qurban Orxan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi