Nailiyyətlərimiz

Məktəbin şagirdi Kövsər Qurban Orxan qızının uğuruMəktəbin 3ç sinif şagirdi Kövsər Qurban Orxan qızı, məktəbin məktəbəqədər qrupunun şagirdi İnci Qurban Orxan qızı ilə yanaşı 16 №-li Texniki Humanitar Liseyin şagirdləri ilə birgə komanda şəklində UNİCEF - Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu, EU Avropa İttifaqının maliyyə dəstəyi ilə, ANAMA - Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” proqramı çərçivəsində “Uşaqlar üçün təhlükəsiz dünya” adlı məktəblilərin Respublika teatr tamaşaları müsabiqəsinin 1-ci yerin qalibi seçilmişlər. Şagirdlərimiz bu müsabiqəyə işğaldan azad olunmuş torpaqlarımızda yaşayan uşaqların maariflənməsi və onların həyatının qurtulması üçün səy göstərmək məqsədi ilə maarifləndirici videoçarxla qatılmışlar.

Məktəbin şagirdi Kövsər Qurban Orxan qızının uğuruMəktəbin 3ç sinif şagirdi Kövsər Qurban Orxan qızı Respublika Məktəbliləri arasında keçirilən III Ümumrespublika Faber - Castell Rəsm Müsabiqəsinin Final Turunda 2-ci yerin qalibi olub. Kövsər Qurban Qalibiyyət Sertifikatı, 50 azn-lik Hədiyyə Kuponu və qiymətli hədiyyələrlə təltif edilib.

Məktəbin şagirdi Kövsər Qurban Orxan qızının uğuruMəktəbin 3ç sinif şagirdi Kövsər Qurban Orxan qızı Rəşid Behbudov adına Mahnı Teatrında təşkil edilən "Art Olimpia" Respublika İncəsənət Olimpiadasında Fortepianoda solo ifa üzrə İohann Ştrausun "Anna Polka" əsərini ifa edərək peşəkar münsiflər tərəfindən 1-ci yerin qalibi seçilmiş, medal, sertifikatla təltif edilmişdir. İncəsənət Olimpiadası Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyası və Jam Groupun təşkilatçılığı ilə keçirilirdi. Qeyd edək ki, Uşaq 2 (2013-2014) kateqoriyasında qatılan 85 iştirakçıdan sadəcə 4 nəfər 1-ci yerə layiq görülmüşdür.

HAQQIMIZDA

Xalqın elmi, mədəni səviyyəsinin yüksəldilməsində maarif və mədəniyyət ocaqlarının ...

BİZİM FƏXRLƏRİMİZ

Qədir Məmmədli Ceyhun

Anar Hüseynzadə Mahir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi