Nailiyyətlərimiz

Məktəbin şagirdi Əlizadə Hüseyn Elvin oğlunun uğuruMəktəbin 1ç sinif şagirdi Əlizadə Hüseyn Elvin oğlu 23.12.2023-ci il tarixdə VII uşaq Paralimpiya oyunlarında Cüdo idman növü üzrə 21 kq çəki dərəcəsində Respublika 1-cisi oldu. Biz də məktəbin rəhbərliyi və müəllim kollektivi olaraq öz növbəmizdə qalib şagirdimizi bu yarışda qazandığı uğurları münasibətilə ürəkdən təbrik edir və ona daha böyük uğurlara imza atmasını, məktəbimizin idman şərəfini daha uca zirvələrə qaldırmasını arzu edirik!

Şagirdlərimizin uğurlarıMəktəbin 4"ç" sinif şagirdi Kövsər Qurban Orxan qızı və 1"a" sinif şagirdi İnci Qurban Orxan qızı Şərq Bazarının təşkil etdiyi "Şərqin İncisi" adlı Respublika Sərgi-Müsabiqənin qalibləri olaraq Mükafatlandırma Mərasimində iştirak ediblər. Kövsər Qurban sərgi-müsabiqədə 300 iştirakçı içindən seçilən 6 qalib içində 18 yaşa qədər olan kateqoriyada 3-cü yer qalibi, İnci Qurban isə 300 nəfər içində seçilən 25 Finalçıdan biri olaraq Hədiyyə və Sertifikatla təltif edildilər.

Məktəbin şagirdinin SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalındakı uğuruDekabrın 8-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalının Mükafatlandırma və Bağlanış mərasimi baş tutdu. Məktəbin 4"ç" sinif şagirdi Kövsər Qurban Orxan qızı və 16 N-li THL Texniki Humanitar Liseyin 7"a" sinif şagirdi Səbirə Həsənli "Green Girls" adlı komandaları ilə VidX kateqoriyası üzrə 2 Mükafat - "Attractive Team Award" kuboku və Gümüş Medallara layiq görüldülər. Qalib komandanı STEAM Azərbaycan layihə rəhbəri dəyərli İqrar Nəzərov təltif etdi.

HAQQIMIZDA

Xalqın elmi, mədəni səviyyəsinin yüksəldilməsində maarif və mədəniyyət ocaqlarının ...

BİZİM FƏXRLƏRİMİZ

Osman Mahmud Xəyal

Riyad Şirəliyev Oqtay

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi